Gərgin situasiya davam edir
Dollar kreditlərinə görə Milli Məclislə hökumət arasında fikir ayrılığı yaranıb
A.QORXMAZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Dollar müqaviməti qıracaqmı?
Dünya birjaları 108 indeksinə fokuslanıb
-
Bu gün gözlər Almaniyada
Dolların enişini durdura bilən yoxdur
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
FED diqqəti risklərə çəkdi ...
Türk lirəsinin taleyi bu gün həll olunur
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
Azərbaycan manatının 21 dekabr 2015-ci il tarixli devalvasiyasından sonra dolların məzənnəsinin kəskin yüksəlişi ölkədə xeyli insanı çıxılmaz vəziyyətə saldı. Söhbət müxtəlif banklardan ABŞ dolları ilə kredit götürənlərdən gedir. Onların çoxu kredit götürərkən 1 dollar 78 qəpiyə idi.
Xarici valyutanın kursunun gözlənilmədən iki dəfədən çox bahalaşması 2014-cü ildə dollarla kredit götürənlərin borcunu 2 dəfə artırıb. Nəticə vətəndaşlarla yanaşı, bankları da gərgin vəziyyətlə üzləşdirdi. İndi banklar kreditləri müştərilərindən borcları geri almağa çətinlik çəkirlər.
Banklar kreditləri dolların yeni məzənnəsi ilə tələb edirlər, borc götürənlər isə köhnə kursla ödəmək istəyirlər.
Müştərilər hesab edirlər ki, banklar onlardan artıq pul tələb edə bilməzlər. Çünki bank ilə müştəri arasında bağlanmış kredit müqaviləsində kreditin yeni məzənnə ilə ödəniləcəyi barədə heç bir qeyd yoxdur və buna görə də xarici valyutada olan kreditlər borc götürülən gün mövcud olmuş məzənnə ilə ödənilməlidir.
Yaranmış gərgin situasiya hələ ki davam etməkdədir. Bu vəziyyətdə insanların borcları yeni kursla tələb edən bank sisteminə inamı artıq demək olar ki, itib.
Bu halda dollar kreditləri olanların bütün gümanı hökumətə, parlamentə, rəsmi qurumlara idi. Amma rəsmilərin bu məsələ ilə bağlı fərqli mövqe sərgiləmələri, bəzi hökumət üzvlərinin dollar kreditləri barədə son vaxtlar verdiyi açıqlamalar hər şeyi alt-üst etdi.
Belə görünür ki, hökumət əhali arasında ciddi narahatlıq yaradan dollar kreditlərinin ödənilməsinə görə güzəştlərin tətbiqini mümkünsüz sayır.
Halbuki, hələ devalvasiyanın ilk günlərində, etiraz aksiyaları keçiriləndə güzəştlərlə bağlı təkliflərin dəyərləndiriləcəyi elə rəsmilərin öz dillərindən də səsləndirilmişdi.
Hətta məsələ Milli Məclisin son iclaslarında müzakirəyə çıxarılandan sonra çoxları problemin vətəndaşın xeyrinə həll olunacağını gözləyidi. Əksəriyyət ümid edirdi ki, dollar kreditlərinin heç olmasa 2015-ci ilin birinci devalvasiyasından sonrakı məzənnə ilə (1 dollar=1 manat 5 qəpik) ödənilməsinə razılıq veriləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc və digərlərinin vətəndaşların mövqeyini ifadə etməsinə parlament rəhbərliyi səviyyəsində müsbət yanaşılmışdı.
Deputatlar təklif edirdilər ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır. Parlamentarilər bu barədə hökumət rəsmilərilə danışıqlar getdiyini, ümumi razılaşma olduğunu bildiridilər.
Ancaq Mərkəzi Bank sədri Elman Rüstəmovun və maliyyə naziri Samir Şərifovun ard-arda verdikləri açıqlamalar hökumətin valyuta kreditlərinin ödəyicilərinə dəstək vermək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Bu açıqlamalardan belə göründü ki, hökumət üzvlərini vətəndaşların vəziyyəti deyil, daha çox bankların taleyi maraqlandırır.
Borclu vətəndaşlara güzəştlərdən danışarkən Elman Rüstəmov «Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər», Samir Şərifov isə «Banklar xeyriyyə cəmiyyəti deyil» deməklə hər şeyi borcalan vətəndaşın üzərinə atdılar. Vətəndaş isə düzgün maliyyə siyasəti yürüdə bilməyən rəsmilərin bu açıqlamaları ilə razılaşmır.
Məsələyə hələ ki nöqtə qoyulmayıb. Görəsən hökumət bu məsələdə müdriklik nümayiş etdirərək, parlament üzvlərilə fikir ayrılığını aradan qaldıracaqmı?..