Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
09:35 | 28 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1670 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
ABŞ rəhbərliyində anlaşmazlıq qiymətli metalı günbəgün bahalaşdırdı
“ABŞ hökumətinin qapanması” və FED-in qərarsızlığı birjaları narahat edir
Ötən həftənin cümə axşamı Federal Ehtiyat Sistemi (FED) 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Avro
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00 faiz aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Ötən həftə birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75 faiz ehtimalla 0.50 faiz, 25 faiz ehtimalla isə 0.75 faiz artıracağı proqnozlarını qiymətləndirir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu.
Lakin bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya rəqəmləri, Amerikada dərc olunacaq ÜDM-in həcmi və “NFP” göstəricisi Dollar İndeksində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Nəticələr proqnozları üstələyərsə, dollar indeksində eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər. Təhlillərə əsasən dollar indeksi 108 bənd həddindəki müqavimət həddi qırılsa, avro və funt-sterlinqdə trend enişə doğru dəyişə bilər.
Funt-sterlinq
Bu həftə İngiltərədə açıqlanacaq sənaye sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBPUSD cütlüyündə qiymətlər 1.2100 müqavimətini qıra bilməsə, funt-sterlinq dollar qarşısında ucuzlaşa bilər. Əgər 1.2100 həddi yuxarıya doğru qırılarsa, artım tendensiyası davam edə bilər.
Türk lirəsi
Ötən həftənin cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50 faizdən 9.00 faizə endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. Türk-lirəsi son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
Qızıl
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb qorunur. Ötən həftənin sonu 1745 dollara kimi ucuzlaşsa da, buradan dəstək alaraq 1754 həddinə kimi bahalaşdı. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800 dollara kimi bahalaşa bilər. Dollar indeksi 108 bənd həddi üzərində möhkəmlənərsə, qızıl yenidən 1720-ə kimi ucuzlaşa bilər.