Müəllimlər imtahan verir
Yer üçün paytaxtda 30 mərkəz seçilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəblərdə istilik yoxdur
Sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?
-
1-ci sinfə qəbul qaydalar dəyişdi
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
-
«Bir də gördüm hikkəylə girdi otağıma...»
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
-
Rusiya da müəllimlərini qiymətləndirəcək
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
-
Testin ləğvi kimə sərf edir?
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
-
Tələbə qəbulunda testi qoruyaq
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
-
Planı hələlik, 85 faiz dolub
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
-
Sabah imtahandır
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
-
II mərhələyə 9522 nəfər buraxılıb
Magistatra imtahanı iyunun 4-də keçiriləcək
-
Savadı sərrast olanlar
Qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri siz də tanıyın
-
3 gündə 6 min müəllim imtahan verəcək
22 min nəfər 10 gün ərzində artıq özünü sınayıb
-
3 abituriyentdən maksimum nəticə
Qəbul imtahanının nəticələri açıqlandı
-
«Tak, tak, tak»
Abituriyent: «Nəzarətçi qısa yubka geymişdi, cəmi 200 bal toplaya bildim»
-
Deputatdan etiraz
«Testi ləğv etmək neqativ hallara yol açmaqdır»
-
Rzaquliyeva Murğuzovanın güdazına gedib?
Adı kredit qalmaqalında hallandırılanla yanaşı 14 məktəb direktoru da işdən çıxarılıb
-
Nazirdən müvəqqəti təyinat
TN-dən Nailə Razquliyevayla bağlı daha bir açıqlama gəldi
Azərbaycanda ilk dəfə olaraq bu gün Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) ANS PRESS-ə verilən məlumata görə, bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin biliyi yoxlanılacaq. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin biliklərinin yoxlaması aparılacaq.
Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30070 nəfər müəllimi iştirak edəcək.Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən 1620 nəfər, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərindən 592 nəfər, BŞTİ-nin tabeliyində olan tam orta məktəblərdən 27007 nəfər, BŞTİ-nin tabeliyində olan xüsusi gündüz ümumtəhsil məktəblərindən 815 nəfər, BŞTİ-nin tabeliyində olan axşam qiyabi məktəblərindən 28 nəfər, BŞTİ-nin tabeliyində olan islah əmək düşərgəsindən 10 nəfər müəllimin sınaq qiymətləndirilməsində bilikləri yoxlanılacaq.
İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib.
Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil nazirinin 06 may 2014 - cü il tarixli, 526 nömrəli əmrinə əsasən, 10 - 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.
Qiymətləndirilmənin Bakı şəhərində 4 zona üzrə məktəblərdə, müvafiq günlər ərzində 2 növbədə (10:00 - 12:00, 15:00 - 17:00) keçirilməsi nəzərdə tutulub.