««Soros»un ucbatından ABŞ-a gedə bilmədik»
«Vətəndaş cəmiyyəti kasıbdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox sərt qərarlar verə bilərik”
Eldar Namazov: “1988-ci ildən bəri Ermənistan bu qədər zəif olmayıb”
-
Erməni lobbisi Azərbaycan səfirini dinləyir
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalından danışıldı
-
Avstriya SOROS Fondunu qadağan edir
«Bir gecədə yanlış məlumat və medianın manipulyasiyası daha da artdı»
-
«Azərbaycan strateji müttəfiqliyi məli işdə də sübut etdi»
Elin Süleymanov məşhur radio proqramının qonağı olub
-
«Pulu Mehman Əliyev yox, mən almışam»
Eynulla Fətullayev ilginc etiraf
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
-
«Heydər Əliyev atəşkəsə razılaşıb-razılaşmamaq barədə qərar verməli idi»
Mərhum prezidentin sabiq köməkçisi Eldar Namazov Qarabağla bağlı bəzi sirləri açdı
-
«Cənab X» kimdir?
AŞ PA-dakı gizli erməni şəbəkəsinin aparıcı fiquru bütün fəaliyyətini Azərbaycanın əleyhinə çalışmağa həsr edib
-
«Ö baxışlarını başqalarına sırımaq ...»
Azərbaycan səfiri Obamanı tənqid etdi, Trampı təriflədi
-
Dəlinin əlinə daş verilib
Azərbaycan səfiri Amerika generallarına «İskəndər» təhlükəsi haqda danışdı
-
Trampı və otelini məhkəməyə verdilər
İşdə Azərbaycan səfirinin də adı keçir
-
«Yenidən başlayaq»
Azərbaycanın ABŞ-dakı səfirindən Tramp administrasiyasına mesaj
-
«Ya sülh olacaq, ya müharibə»
Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov müsahibəsində siyasi münasibətlərdən danışıb
-
Milli Komitədən deklarasiyaya böyük dəstək
Arzu Abdullayeva və Helsinki qrupu erməni-Azərbaycan platformasına daxil oldu
-
MKİ Azərbaycanda necə fəaliyyət göstərir?
Rusiya mənbələrindən USAİD-lə bağlı inanılma məlumatlar
-
«Duz-çörək Həsən»in taktikası
«Nahar diplomatiyası»nı davam edir
Xəbər verdiyimiz kimi, bu gün ABŞ-ın Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmələrə başlayacaq. Azərbaycandan həmin dinləmələrdə vətəndaş cəmiyyətinin, siyasətçilərin iştirakı gözlənilmir. Müzakirələrə yalnız Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qatılacağı gözlənilir.
El Hərəkatının sədri Eldar Namazov və ReAl Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli «Yeni Müsavata» açıqlamalarında Azərbaycandan kiminsə həmin iclasa getməyi barədə məsələyə münasibət bildirib. Hər iki siyasətçi hesab edir ki, Helsinki Komissiyası növbədənkənar dinləmə keçirdiyi üçün Azərbaycandan kimisə dəvət etməyə ehtiyac duymayıblar.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva isə modern.az-a açıqlamasında məsələni maliyyə problemləri ilə əlaqələndirib. Onun sözlərinə görə, bu cür səfərlərin xərcini Soros Fondu üzərinə götürürdü. «Adətən, Azərbaycandan vətəndaş cəmiyyətinin həmin tip tədbirlərdə iştirak etməsi üçün Soros Fondu pul ayırırdı. Amma indi heç bir fond bu cür işlər üçün pul vermir. Öz pulu ilə də ABŞ-a getmək kiməsə sərf etmir. Vətəndaş cəmiyyəti kasıbdır. Azərbaycanda Soros Fondunun böyük bir hissəsi də bağlanıb», - deyə A. Abdullayeva bildirib.
Qeyd edək ki, dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlərlə bağlı məruzələr olacaq. ABŞ dövlət katibinin müavinin iki köməkçisi - Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə) çıxış edəcək. Dinləmələrdə həmçinin Milli Demokratiya Təşkilatının (MDİ) təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetindən Brenda Şafer fikir söyləyəcək.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq dinləmələri «Amerikanın səsi»nin veb səhifəsindən canlı izləmək mümkün olacaq.