Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:26 | 10 mart 2017 | Cümə
Məqaləyə 2364 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Vaşinqtondakı restoranlardan biri prezident Donald Trampın «Trump İnternational» otelini və Trampın özünü məhkəməyə verərək onu icarə şərtlərini pozmaqda günahlandırıb. İddia ərizəsində deyilir ki, Tramp prezident olsa da oteldə payını saxlamaqdadır.
Virtualaz.org «The Washington Times»ə istinadən xəbər verir ki, «Cork Wine Bar» restoranının vəkilləri tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əsasən restoranın potensial müştəriləri ora baş çəkmək əvəzinə yaxınlıqdakı «Trump İnternational» otelinin restoranlarına getməyə üstünlük verir, çünki onlar bununla Tramp administrasiyasına dolayısı ilə xidmət göstərmək istəyirlər.
İddia ərizəsində deyilir ki, hakim Trampı oteldəki payından məhrum etməlidir yaxud hansısa başqa yol tapmalıdır ki, otel ABŞ prezidenti ilə bağlılığından ədalətsiz şəkildə yararlanmasın. Mümkün yollardan biri kimi Trampın prezidentlikdən istefası göstərilir.
«Trump Organization» şirkətinin icraçı vitse-prezidenti və baş hüquqşünası Alan Qarten isə bildirib ki, restoranın iddiası «hüquqi əsaslardan tam məhrumdur» və «reklam» xarakterlidir. Lakin restoran Trampın qanunları pozmasının açıq-aşkar olduğunu və onun biznesinə zərbə vurduğunu iddia edir.
Restoranın maraqlarını müdafiə edən vəkil Skot Rom bildirib ki, o və müştərisi iddia ərizəsində göstərilənləri məhkəmədə sübut etməyə hazırdır. İddia ərizəsində restoranın müştərilərinin Tramp prezident seçiləndən sonra «Cork Wine Bar» restoranına gəlmək əvəzinə prezidentin otelinə getməyə üstünlük verdiyini sübut etmək üçün Azərbaycan səfiri Elin Süleymanovun adı çəkilir. İddia ərizəsində göstərilir ki, səfir restoranın çoxdankı müştərisi idi, əvvəllər tez-tez orada yemək və içki sifariş verirdi. Lakin Tramp prezident seçiləndən sonra səfir onun otelində mərasim təşkil edib. (Söhbət Azərbaycan səfirliyinin Birləşmiş Ştatlardakı yəhudi təşkilatları üçün ötən il seçkilərdən sonra «Trump İnternational» otelində «Hanukka» partisi təşkil etməsindən gedir.-red.)
«Biz açıq-aşkar görürük ki, Tramp seçiləndən sonra biznesimiz azalmağa başlayıb, müştərilərimiz onun otelinə gedir» - restorana arvadı ilə şərik olaraq sahiblik edən Xalid Pitts deyir.
Vəkil Stiv Kleyn bildirir ki, o, restoranın iddiasını araşdırıb və bu işin məhkəmədə «çox uzağa gedə biləcəyinə» inanmır.