
35 illik agentlik işini dayandırdı
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər
Mehman Əliyev: ««2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq»
Cənab Yaqland «biz bunu istəyirikmi?» deyəndə kimi nəzərdə tutur?
«Bir gecədə yanlış məlumat və medianın manipulyasiyası daha da artdı»
Eynulla Fətullayev Avropa Şurasının baş katibinə cavab verir: «Dünya tezliklə kompromatlar görəcək?»
Vergilər Nazirliyinin sensasion qərarı
Prezident İlham Əliyevdən üç mühüm qərar düşmən qüvvələrə verilmiş tutarlı cavabdır...
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
Prezidentin köməkçisi: «Ölkə başçısının jurnalistlərə bağlı mövqeyi dəyişməzdir»
Ölkəni tərk etməmək şərti ilə ...
İlham Əliyev jurnalist barədə qətimkan tədbirinin dəyişdirilməsini tövsiyyə etdi
Bu gün, 29 avqustda Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, «Turan» İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib. Bu barədə virtualaz.org-a Ş.Hacıyev özü məlumat verib.
İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Qeyd edək, Fondun altı təsisçisindən biri Mehman Əliyevdir.
Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar.
Virtualaz.org-a həmin qrantların qeydiyyatı və əldə edilməsi ilə bağlı məlumatlar məlumdur. Məsələ ondadır ki, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev 2011-ci ildə dörd il həbs cəzası çəkəndən sonra Azərbaycan prezidentinin fərmanı ilə azadlığa çıxıb. Daha əvvəl, E.Fətullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən bəraət alıb və jurnalistə qarşı bütün ittihamlar geri çəkilib.
Həbsdən azad olunandan sonra, E.Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verib və Norveç səfirliyindən, Soros və Marşal fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alıb. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, «Turan» rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib.
E.Fətullayev virtualaz.org-a açıqlamasında bildirib: «Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollarqan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər.
Mən həqiqəyən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox».