
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
Qorxursunuz, yoxsa onunla razısınız?
Politoloq: “Şübhəsiz ki, Ermənistan məhz belə vəziyyəti görmək istəyərdi”
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
Hökumət məsələlərin tamamilə dramatik həddə çatmasında maraqlı deyil
Cənab Yaqland «biz bunu istəyirikmi?» deyəndə kimi nəzərdə tutur?
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
Qərblə münasibətləri soyutmaq yaxşılığa aparmır
Tahir Kərimli: «Təcrübələr az olmayıb ki, ölkə başçısının xanımı prezident seçilib»
İlin sonunadək Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın formatı dəqiqləşəcək
«Onlara heç «cənab» sözü də yaraşmır»
Səbuhi Abbasovdan Arzu Qeybullayevaya sərt cavab
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
Avropa və ABŞ-ın ölkəmizə güclənən diqqətində ilginc gəlişmə; Azərbaycanın önəmi artır - «Dağlıq Qarabağ işğal edilib»; «Sərhədləri dəyişmədən də müqəddəratı təyin etmək olar...» mesajları
Əlaqələrin əhəmiyyətini təkcə iqtisadi mənfəətlə ölçmək doğru olmaz
Əks halda İrəvan Bakının yoxluğundan istifadə edərək Azərbaycan əleyhinə qətnamələr qəbul etdirmək imkanı qazanacaq
Eynulla Fətullayev Avropa Şurasının baş katibinə cavab verir: «Dünya tezliklə kompromatlar görəcək?»
Avropa Şurasının baş katibi, son vaxtlar Azərbaycana qarşı təzyiqlər və kampaniya başladan Törbern Yaqland Rusiya prezidenti Vladimir Putinin qarşısında diz çökməkdə ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu barədə Norveçin «Aftenposten» qəzeti yazır.
Yaqlanda ünvanlanan sərt ittihamların səbəbi onun Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun geri qaytarılması üçün lobbiçilik fəaliyyətidir. Qəzetin yazdığına görə Rusiya AŞPA-da səs hüququnun qaytarılmasını tələb edir, Yaqland da daxil olmaqla AŞPA-da bir sıra qərb siyasətçiləri Moskvanın istəyinə dəstək kampaniyası başladıblar.
Ancaq Yaqlandın Rusiyanın xeyrinə lobbiçilik fəaliyyəti Danimarkanın AŞPA-dakı nümayəndə heyəti də daxil olmaqla bir çox skandinaviyalı siyasətçilər tərəfindən kəskin tənqid olunur. Danimarka nümayəndə heyətinin göndərdiyi məktubda deyilir ki, Yaqland Avropa Şurasının demokratik prinsiplərini pozur, Rusiyanın sanksiyaların tətbiqinə gətirib çıxarmış səbəblərin heç birini aradan qaldırmadığı halda bu ölkənin səs hüququnun qaytarılmasına çağırır. Bura Krımın ilhaqına son qoyulması və Donbassda separatçılara dəstəyin dayandırılması da daxildir.
«Yaqland Putinin qarşısında diz çöüb. Bu, Putinin böyük təbliğati qələbəsi olacaq»-Danimarka parlamentində hakim partiyanın təmsilçisi və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mikael Astrup Yensen bildirir.
Rusiya bu ilin iyun ayında Avropa Şurasına üzvlük haqqını ödəməkdən imtina edib və bunu səs hüququnun alınmasına cavab adlandırıb. «Rusiya reketçiliklə məşğuldur, Yaqland isə buna imkan yaradır. Bu təhlükəlidir. Onun tərəfindən belə siqnal göndərilib ki, Rusiya böyük regional derjava olduğu üçün istədiyini edə bilər və ona görə də daha heç kim Krımın taleyindən narahat deyil», - Yensen deyir.
Yaqlandın mətbuat katibi Daniel Holtgen isə deyir ki, baş katib Rusiya ilə münaqişəni Avropa Şurasına daxil olan bütün ölkələrlə dialoq yolu ilə həll etməyə çalışır. O cümlədən Fransa prezidenti, Danimarka və Almaniya hökumətləri ilə danışıqlarla. «Yaqland dəqiq göstərir ki, onun Rusiyanı Avropa Şurasında saxlamaq cəhdləri bu ölkənin öhdəliklərini yerinə yetirməyə və üzvlük haqqı ödəməyə borclu olduğuna əsaslanır. Əksini iddia edənlər düz demirlər və təbliğatla məşğuldurlar»-mətbuat katibi bildirib.
Xatırladaq ki, Yaqlandın təşəbbüsü ilə Azərbaycana qarşı Avropa Şurası tərəfindən xüsusi prosedur başladılıb. Avropa Şurası bunu Azərbaycanın REAL hərəkatının lideri İlqar Məmmədov barədə AİHM qərarını «yerinə yetirməkdən imtinası» ilə əsaslandırır. Virtualaz.org bundan əvvəl Yaqlandın Rusiya ilə şübhəli əlaqələri barədə araşdırma dərc etmişdi.