Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
22:17 | 19 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 2647 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
“Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik qurumdan Azərbaycanın nüfuzuna xələl gətirmək üçün səbəb axtaran təbliğatçı qüvvələrin carçısına çevrilib”. Vaxt.az bildirir ki, bunu “Trend”ə politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloqun sözlərinə görə, Ermənistan XİN çoxdandır ki xarici siyasətçilərin və dövlət xadimlərinin açıqlamalarını öz maraqlarına uyğun şərh edərək müxtəlif böhtanlar yaymaqla məşğuldur:
“Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Hətta bir çox anlaşmazlıq və problemlərə baxmayaraq, rəsmi Bakı təşkilatın bütün sessiyalarında və gündəlikdə yer alan bütün məsələlərin müzakirəsində fəal iştirak edir”.
F.Sadıqov vurğulayıb ki, ona görə də Ermənistan tərəfinin Azərbaycanın təşkilatdakı üzvlükdən məhrum edilməsi barədə açıqlamaları axmaqlıqdır: “Fikrimcə, bu, Ermənistan XİN-in növbəti axmaqlığıdır. Əlbəttə ki, Ermənistan məhz belə vəziyyəti görmək istəyərdi, bu, şübhəsiz ki, onları qane edərdi”.
Politoloq əlavə edib ki, Ermənistan XİN-in mətbuat xidməti tərəfindən yayılan bu cür bəyanatlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.