Nazir ev alır...
... amma şərtlə
JALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
ƏJDƏR 8,5 il həbsdə OLacaq
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
-
SMS göndəriləcək...
Müharibədə iştirak edənlərə şad xəbər
-
Anar Kərimov nazir müavini təyin olundu
Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi, Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti, ...
-
“Aşağı maaş yazsanız, …”
Nazirlik sahibkarları hədələdi, martın 1-dək vaxt verdi
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Şəffaf və nəzakətli DOST
Mərkəzlərdə “bir pəncərə” xidmətləri də təqdim olunacaq
-
Prezidentdən DOST hədiyyəsi
İlham Əliyev vətəndaşlara xidmət üzrə daha bır innovasiya agentliyi yaradır
-
Yeni nazirdən tapşırıq
“Süründürməçiliyə, vətəndaşlarla kobud münasibətə son qoyulmalıdır!”
-
181 ölüyə pensiya yazılıb?!
Səlim Müslümova şok ittiham
-
Nazirlikdə 6 vəzifə boşdur
Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb
-
Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
-
“Süründürməçilik aradan qalxacaq”
Sahil Babayev vətəndaş narazılığı və əlillərlə bağlı işçi qrupu yaratdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakı və ətraf qəsəbələrdə yeni mənzillərin satınalınması ilə bağlı açıq tender keçirir. Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, Nazirlər Kabinetinin 2014-cü il ildə nazirliyə ayırdığı investisiya bölgüsünə uyğun olaraq keçirilən tender vasitəsilə təxminən 6250 kvadratmetr sahəni əhatə edəcək mənzillərin alınması nəzərdə tutulub.
Tenderin şərtlərinə görə, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır. Əlil arabasında olan əlillər üçün mənzillərin ümumi otaqları layihələndirilərkən əlil arabasının hərəkəti, habelə 180 dərəcə dönməsinin mümkünlüyü nəzərə alınmalı, mənzildaxili dəhlizin eni 1,15 sm-dən az olmamalıdır.
Tualet və vanna otaqlarının planlaşdırılması, onlarda avadanlığın yerləşdirilməsi əlilin fiziki vəziyyətinə uyğun aparılmalı, tualet və vanna otağının qapıları dəhlizə açılmalıdır.
Eyni zamanda tender əlilliyi olan şəxslərə veriləcək mənzillərin olduğu binalara aid ərazidə əlil arabasının maneəsiz və rahat gediş-gəlişini təmin edən şəraitin, eləcə də binaya, liftə və mənzilə girişin bir səviyyədə olmasını tələb edir.
Digər tələblər sırasında binanın giriş mailliyinin 5 dərəcədən çox olmayan pandusla təmin edilməsi, pandusların əvvəli və sonunda 150 sm eninə üfüqi sahə verilməsi, pandusun hər iki tərəfindən 8 sm-dən az olmayan və hündürlüyü 70 və 90 sm olan bir cüt tutacağın quraşdırılması əksini tapır.
Bununla yanaşı, binadan və ümumi dəhlizdən qapılar çıxış istiqamətində açılmalı, binanın lift kabinəsinin qapı boşluğunun eni 85 sm-dən az olmamalıdır. Əlillərin rahat hərəkətini təmin etmək məqsədilə binanın yaxınlığında maneələr götürülməli, əlil arabalarının hərəkəti üçün səkilərin və piyada yollarının mailliyi 5 dərəcədən, eninə isə 1 dərəcədən artıq olmalıdır.
Ümumilikdə tələb olunan mənzillərin və əhatə etdiyi sahənin hansı hissəsinin əlilliyi olan şəxslərin istifadəsinə verilməsi yekun müqavilə imzalanmamışdan əvvəl müəyyən ediləcəkdir. Satın alınan mənzillər sifarişçinin tələbinə uyğun olaraq təmirli olmalı, mənzillərin su, qaz və elektrik təchizatı təmin edilməli və sayğaclaşdırılmalıdır.
Tender üzrə hüquqi sənədlərin təqdim olunma müddəti iyulun 2-dəkdir. Tender təkliflərinin açılış tarixi isə iyulun 9-da olacaq.