vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
14:56 | 15 iyun 2014 | Bazar Məqaləyə 1816 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saxta diplom satanın evi yandı...

Müəllimlər İnstitutunun kafedra müdiri isə saxtakarlığın sayına inanmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru İsa Veysovun qeyri-qanuni tələbə qəbul və saxta diploma payladığı haqqında hazırda müəyyən edilən rəqəm reallığı qətiyyən əks etdirmir. Bu barədə axar.az-a Müəllimlər İnstitutunun Qazax filialında kafedra müdiri işləyən müəllimlərdən biri məlumat verib. Onun sözlərinə görə, əslində bu vaxta qədər verilən saxta diplomların sayı həddən artıq çoxdur:


«Rəsmən elan edildi ki, cəmi 36 nəfər qeyri-qanuni olaraq bizdə tələbə adını qazanıb və onlara saxta diplomlar verilib. Ancaq bu rəqəmə nəinki bu işi bilən peşəkarlar, hətta adi vətəndaşlar da inanmır. 10 ildən artıq bu filialda direktor çalışan bir adamın cəmi 36 saxta diploma satmasını bildirmək absurddur. Bu rəqəm heç bir ilin real saxtakarlığını əks etdirmir».

Kafedra müdirinin sözlərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yalnız israrlı şikayətçilərin müraciətlərini qeydə alır və o yöndə araşdırma aparır: «Məsələ burasındadır ki, diploma saxta olan və hazırda Təhsil Nazirliyində saxta olduğuna görə ləğv edilməsi nəzərdə tutulan və yaxud, qeyri-qanuni yolla filiala qəbul edildiyi üçün hazırda uzaqlaşdırılan tələbələrin valideynləri verdikləri rüşvətin yarısının qaytarılmasına belə razıdırlar. Onlar elə düşünür ki, işin üstü açıldığı üçün həm övladları qovulur, həm də verdikləri pullar tamamilə batır. Ona görə də «ziyanın yarısından qayıtmaq» prinsipi ilə heç olmasa verdikləri rüşvətin bir hissəsini geri alıb susurlar və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdikləri şikayəti geri çəkirlər və yaxud şikayət vermirlər. Nəticədə guya 36 saxtakarlıq faktının olması barədə gülməli bir rəqəm qalıb ortada».

Kafedra müdirinin sözlərinə görə, keçmiş direktor İsa Veysov bütün məsuliyyəti öz üzərinə götürüb və o filialda vasitəçilik edib, pul qazanan müəllimlərin heç biri haqqında ifadə verməyib: «Nəticədə məsuliyyətə cəlb edilməyən, amma əslində rüşvət yığımında rol alan dekanlar, kafedra müdirlərinə saxta diploma almalarına vasitəçilik etdikləri yüzlərlə tələbənin valideynləri müraciət ediblər. Onlar da bu və ya digər formada həmin valideynlərlə münasibətləri qaydaya salmağa başlayıblar».

Kafedra müdiri özünün də bu işdən kənar olmadığını etiraf edib: «Müəllimlər İnstitutunun Qazax filialında kafedra müdiri işləyib bu prosesdən kənarda qalmaq çətin məsələ idi. Ona görə də biz də bu işlərdən kənar olmamışıq və hazırda valideynlərlə münasibətləri «yoluna» qoyuruq ki, şikayətçi olmasınlar».

Respublika Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Müəlimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysov vəzifə səlahiyyətlərinə görə elmi-pedaqoji kadrların hazırlanmasına, onların ixtisaslarının artırılmasına nəzarət etməli və qanunvericiliklə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirməli olduğu halda qulluq mövqeyindən istifadə edib saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl İsa Veysovun Qazaxdakı evi narazı valideynlər tərəfindən yandırılmışdı. İ.Veysovun Bakıda milyonluq obyektlərinin olduğu da bildirilir. Təbii ki, həmin obyektlər «36 qanunsuz fakt»ın və təxminən 240 min manatın nəticəsi deyil.