vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
20:23 | 16 mart 2017 | Cümə axşamı Məqaləyə 2567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çudo Peçka»un sahibi prokurorluğa verildi

İşçilər Anar Cəlilovdan şikayət edib

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çudo Peçka» mağazalar şəbəkəsinin işçiləri əməkhaqqılarını tələb edirlər. Mağazalar şəbəkəsinin işçisi Vüsalə Ələsgərova Modern.az saytına bildirib ki, işlədikləri müddətdə almalı olduqları əmək haqqı verilmir.

«3 il «Çudo Peçka» mağazalar şəbəkəsinin «Neftçilər»də yerləşən filialında  kassir işləmişəm. Ötən ilin oktyabr ayında «Çudo Peçka» bağlandı və mən işdən ayrıldım. Biz işlədiyimiz müddətdə maaşlarımız vaxtı-vaxtında verilmirdi. Oktyabr ayında ayrılandan sonra «Çudo Peçka»nın mənə 1646 manat 80 qəpik borcu qaldı, şirkət rəsmiləri borcun qısa müddət ərzində veriləcəyini bildirsələr də, üstündən 4 aya yaxın keçməsinə baxmayaraq, pullarınız verilmir. Bu borcun 640 manatı əvvəldən qalan, digər hissəsi isə maaşlarımızın verilməyən hissəsidir.

Onlar şirkətin adını dəyişib «Dop-Dolu» qoydular. Şirkətin rəhbəri Anar Cəlilov özü bizə olan borcu etiraf edib. Aylıq maaşımız 250 manat olduğu halda 100-150 manat maaş verilirdi, biz də inanırdıq ki, qalan pullarımızı verəcək. Amma o müflis olduqlarını səbəb kimi göstərərək, bizim pullarımızı ödəməkdən boyun qaçırır.

Mən bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Oradan məni Baş Prokurorluğa göndəriblər. Baş Prokurorluq da müraciətimə baxaraq onu Dövlət Əmək Müfəttişliyinə göndərib. Əmək Müfəttişliyi son cavabında məhkəməyə müraciət etməyimi tövsiyə edib.

Bu şirkətin işi hazırda məhkəmədə olduğu üçün, əlavə olaraq mən də məhkəməyə müraciət etməmişəm. Hər dəfə Anar Cəlilovun özünə yaxınlaşıram, yalandan vəd verir ki, pullarınız veriləcək. Amma vaxt keçir və puldan xəbər yoxdu. Biz inanırıq ki, dövlətimiz qanuni yollarla haqlarımızı bərpa edəcək, istəyimiz pullarımızın verilməsidir.  

Məndən başqa da orada çalışan 20 nəfərə yaxın adam pullarını Anar Cəlilovdan ala bilmir».

Adıçəkilən şirkətin borclu olduğu işçilərin bəziləri:

 

Ələsgərova Vüsalə (kassir) – 1646 manat 80 qəpik;

Sadıqov Ruslan (baş inzibatçı) - 996 manat;

Babayeva Aida (fərdi istehsal texnoloqu) - 5100 manat;

Əliyeva Nüşabə (inzibatçı) - 1333 manat;

Bəkirova Ləman (hostes) - 1735 manat;

Tağıyev Vüsal (fəhlə) - 280 manat;

Kərimova Aygün (kassir) - 650 manat;

Həsənova Asudə (kassir) - 825 manat;

Ələkbərov Azər (inzibatçı) - 525 manat.