«Cəmiyyətimiz qəddarlaşıb»
Dəyanət Rzayev: «Elə düşünürlər ki, hər şeyi pulla alıb-satmaq, cinayətləri gizlətmək olar»
Günel MANAFLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nə vaxt kiminlə xəyala qurmaq olar?
Ekspertlər bu davranışın arxasında duran səbəbləri də araşdırıblar
-
5 saniyəlik fasilə
Psixoloqlardan mübahisə edən cütlükləri xilas edəcək qızıl qayda
-
«... Şizofreniyanın başlanğıcıdır»
Qulaqcıq taxanlar üçün böyük təhlükə
-
İş həyatına nə vaxtdan başlamalı?
20-25 yaşına qədər xərclədiyi pulu evdən alan gənclər ailə başçısı olarkən də ciddi çətinliklə qarşılaşırlar
-
«İntihar baharı» - ölkədə canına qıyanların sayı artır
Qabil Abbasoğlu: «Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm»
-
Cinayətə şahidlik edən uşaqlar
Onları psixoloji zədədən necə xilas etməli?
-
«Hər gün döyün!»
Bakıda psixoloq uşağı döydü və bunu valideynlərinə də məsləhət bildi
-
O dünya bundan gözəlmi?
Tanrı günahımızdan keçsin!
-
«Elizaya»
İntihara qarşı olan hekayə
-
«Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi»
Mərhum psixoloqun həmkarından ilginc iddia
-
Bir gündə 3-4 intihar
Azərbaycanda özünə qəsd etmə faktlarının sayı artır – səbəb nədir?
-
«80 yaşı var, deyir ki, prezident özüm olmalıyam»
Azərbaycanlı siyasətçilərdən kimlər psixoloqa müraciət edir?
-
Saatın çəkilməsinin faydası nədir?
Geri çəkilmə fermer təsərrüfatı işçiləri üçün xüsusilə əlverişlidir
-
«Ər həyat yoldaşının başını kəsdi», «Qısqanc qadın həyat yoldaşını öldürdü», «Ər qayınanasını uşaqlarını öldürdü, evini yandırdı» tipli xəbərlərə az qala hər gün KİV-lərdə rast gəlirik. Əvvəllər nadir hallarda baş verən və böyük səs-küyə səbəb olan bu cür cinayət, intihar hadisələri artıq adi hala çevrilib.
Məntiqli sual ortaya çıxır, bəs insanlar niyə bu qədər qəddarlaşıb? Cinayət hadisələrinin, intiharların artmasının səbəbi nədir?
Bu mövzuda söhbət elədiyimiz psixoloq Dəyanət Rzayevə görə, belə insidentlər cəzasızlıqdan qaynaqlanır: «Bəzən bu cinayətləri törədənlərə ruhi xəstə deyirlər. Ancaq onlar əsla ruhi xəstə deyillər. Bu insanlar sadəcə, psixopatdılar. Psixopat o insandır ki, nə özü yaşayır nə də başqasını qoyur yaşasın. Bu gün biz bu psixopatları küçələrdə müşahidə edirik. O gün küçədə bir oğlanı sürətlə gələn maşın vurub öldürdü. Sürücü nə avtomobili saxladı, nə də çevrilib arxaya baxdı. Bir gəncin həyatına son qoyub qaçıb getdi. Bax bu tip insanlar psixopatdır. Təəssüf ki, cəmiyyətdə bu cür insanlara həddindən çox rast gəlirik. Məsələn, avtobus sürücüləri arasında da psixopatlar çoxdur. Ancaq onları heç kim yoxlamır. Elə sürücü var ki, türmədə yatıb, indi də gəlib sürücü işləyir. Bu hallar daha çox cəzasızlıqdan irəli gəlir. Bu gün insanlar cılızlaşıb, aqressiv olub. Bunun səbəbi kasıbçılıq, pulsuzluq deyil. Bundan da kasıb vaxtlarımız olub. Amma insanlarımız belə olmayıb. Psixopatlığın qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirmək lazımdır. Bu günlərdə gəlinin başını kəsiblər. Mərhumun anası deyir ki, biz dəfələrlə polisə müraciət etmişik. Tutub aparıb axşam buraxırdılar. Nəyə görə buraxılmalıdır?! Bu insan cəmiyyət üçün təhlükəlidir. Nə var ki, Gəncə Prokurorluğunda tanışı varmış. Bu da cəzasızlığın nəticəsi. Azərbaycanda nə qədər ki, tanışlıq, yerlibazlıq, rüşvət var, bu cinayətlərin sayı azalmayacaq və artmağa doğru gedəcək».
Müsahibimizin qənaətincə, bu gün Azərbaycanda cəmiyyət təhlükə altındadır: «Təsəvvür edin, bu yaxınlarda Amerikada bir ailə heyvanlarını evdə qoyaraq köçüblər. Sosial xidmət gələrək həmin heyvanları evdən xilas edib və deyiblər ki, bunlar sabah insanı bağlayıb gedə bilərlər. Ailə haqqında da ciddi tədbir görüblər. Mən çıxış edəndə heyvanları müdafiə edəndə hamı mənə gülürdü. Heyvanın başını kəsib videoya çəkib sosial şəbəkəyə qoyan adam sabah insan başı da kəsə bilər. Bir neçə il bundan əvvəl bir iti doğramışdılar. Mən bununla bağlı o vaxtın sahə rəisi Nizami Paşayevlə danışdım. Bu olay televiziyada da nümayiş etdirildi. Ancaq sonra o, 80 manat pul verərək işi ört-basdır etdilər. Nə qədər ki, belə sahə rəisləri, polislər var, qəddarlıq, cinayət artacaq. İnsanlar elə düşünürlər ki, pulla hər şeyi alıb satmaq, bütün cinayətlərin üstünü örtmək olar».
D.Rzayev xarici ölkələrdə profilaktik tədbirlər nəticəsində cinayətin azaldığını dedi: «Xarici ölkələrdə əgər ər öz xanımı ilə yüksək səs tonu ilə danışırsa, onun haqda hüquq-mühafizə orqanları tədbir görür. Bizdə isə əksinədir. Ər arvadını döysə belə, şikayət edilmir, müsəlmançılıqdı, kənardan nə deyərlər prinsipi ilə dözürlər. Nəticə isə cinayət olur. Məsələn, xəyanətə görə ər arvadını öldürür. Ona nə cəza verəcəklər?! Məhkəmə işi yüngülləşdirir ki, namus üstündə cinayət hadisəsi baş verib. Bu düzgün deyil. İnsan insana ölümlə cəza kəsə bilməz. Yaxud bir avtobus sürücüsündən şikayət etsəm ki, sürətli sürür, guya ona nəsə edəcəklər? Cəzasızlıq Azərbaycanda pik hədədir. Əvvəllər belə deyildi. İndi cəmiyyətdə qəddarlaşma gedir. Azərbaycan çox balaca ölkədir. Burada cinayətin qarşısını almaq elə də çətin deyil. Nyu-York böyük şəhər olsa da, orada cinayət halları 84 faiz azalıb. Azalmaya səbəb isə profilaktik tədbirlərin həyata keçirilməsidir. Azərbaycanda bir cinayət hadisəsi baş verəndə qonşular məlumat verməyə belə çəkinirlər. Belə olan halda necə önləyici tədbirlər görmək olar? Amma elə vaxt da olur yuxarıda qeyd etdiyim kimi, hansısa təhlükə haqda məlumat verəndə tədbir görülmür. Bizim ölkəmizdə sosial ədalətsizlik, təbəqələşmə var. İnsanlar bir-birlərinə pullarına, maşınlarına görə dəyər verirlər. Avropa dövlətləri bizdən qat-qat varlıdır. Amma fikir versəniz orada ucuz və balaca maşınlardan istifadə edirlər. Bizdə isə həddindən artıq bahalı, böyük maşınlar alırlar. Burada təfəkkür məsələsi var. Bu cür bahalı əşyalara meyllik yalnız müsəlman ölkələrində var. Əgər müsəlman ölkələri belə yaxşıdırsa, niyə Avropaya qaçırıq?! Bizdə pula, mal-dövlətə meyllilik var. Bax Şərq adamının xüsusiyyəti budur. Fikir versəniz Azərbaycan insanı 50 yaşında ölür. Avropada isə 80 yaşında dünya səyahətinə çıxırlar. Çünki bizdə səhiyyə də inkişaf etməyib».