Bu tikililərə kim icazə verir?
«Binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır»
Məlahət RZAYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Toplanan pulların aqibəti bilinmir
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
-
İllik 1,2 faiz
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
-
«Kupça»sız mənzillərin sonu görünməyən aqibəti
Bakıdakı yeni binaların 80 faizini dövlət qeydiyyatına almırlar
-
MTK isti suyun qiymətini qaldırdı...
... Kombilərə isə qadağa qoydu
-
«Göydələn»lərdə qiymətlər göydən düşür
Ucuz mənzillər üzrə təklif portfelinin imkanları tükənir
-
Evlərin qiyməti enib
Ötən aya nisbətdə 1, ötən ilin bu ayı ilə müqayisədə isə 7,35 faiz ucuzlaşma var
-
Yeni binaların yeni dərdi
Sakinlər aylıq ödənişləri edə bilmədiyindən hündürmərtəbəli binalarda yaşamaq istəmirlər
-
Göydələnlərin cib deşən problemi
Binalardan yığılan xidmət haqqı kimin kisəsinə gedir...
-
Göyü sənədsiz dələnlər
Bakı sakinləri sahibi olduqları mənzillərin sənədlərinə sahiblənə bilmir
-
Yaşayış evlərinin ara məsafəsi ilə bağlı yenilik tətbiq ediləcək. «Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsinə əsasən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Bu qayda əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinə aiddir. Dəyişikliyə əsasən belə binaların tikintisi üçün icazənin verilməsi tələb olunmayacaq, yalnız layihə üçün memarlıq-planlaşdırma bölməsi hazırlanacaq.
Məsələyə münasibət bildirən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova «Şərq»ə açıqlamasında qeyd etdi ki, burada söhbət fərdi evlərin tikintisindən gedir. Məlum dəyişiklik fərdi evlərin tikintisi zamanı baş planın yerləşdirilməsi tələb olunur. Evin necə, hansı hündürlükdə tikilməsinə isə müdaxilə edilmir:
- Onsuz da Bakıda kim necə istəyir, elə də tikinti aparır. Tikinti normaları da, şəhərsalma normaları da kobud şəkildə pozulur. Bu dəyişikliklə demək istəyirlər ki, ərazinin baş planını təqdim edin, gerisi ilə işimiz yoxdur. Nə istəyirsiniz, tikin. Biri ev tikir, pəncərəsi qonşunun həyətinə baxır. Evləri biri-birinə elə sıx tikirlər ki, bir qonşunun pəncərəsi o birisinin divarına açılır. Evlər, binalar arasında hədsiz qısa məsafələr qoyurlar. Bunlar şəhərsalma qanunlarına tamamilə ziddir. Yaşayış evləri üçün ara məsafənin 0,3 qoyulması da hədsiz azdır və qanunaziddir. Söhbət fərdi yaşayış evlərindən gedirsə, yenə də azdır. 12 mərtəbəli binanın hər mərtəbəsinin hündürlüyü 3 metrdirsə, qonşu bina ilə ara məsafəsi azı 36 metr olmalıdır. Yəni, mərtəbələrin hündürlüyü nə qədərdirsə, 3-ə vurulmalıdır, alınan nəticə binalar arasındakı məsafəni təyin etməlidir. Bu, normativ qaydadır. Amma hazırda Bakı şəhərsalma qanunundan kənar tikilmiş binalarla doludur. Paytaxta ötəri nəzər yetirmək kifayətdir ki, tikintilərin necə xaotik, şəhərsalma qaydalarının kobud pozuntusu ilə aparıldığı görünsün. Hündürmərtəbəli binaların tikintisinin də öz normativləri var. Şəhərsalma qaydalarına görə, binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır. Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, deməli, onlar arasındakı məsafə azı 100 metr olmalıdır. Bizdə binalar arasındakı məsafə 30 metrdən çox qoyulmur. Heç olmasa, 50, 75 də qoymurlar. Mən Kalininqrad şəhərində çoxmərtəbəli yaşayış massivinin layihəsini təqdim etmişdim. Binalar arasında 100 metr məsafə qoymuşdum, dedilər, olmaz, 120 metr qoyulmalıdır. Binaların sayını da azaltdılar ki, sıxlıq yaranmamalıdır. Avropada, xüsusilə Almaniyada bundan da artıq məsafə tələb edilir. Bizdə isə vəziyyət dəhşətdir. Demək olar, bütün yaşayış binalarının sağı-solu, önü, arxası əlavə tikililərlə bağlanıb. Bir dəfə Yasamala gedin, Şərifzadə küçəsi boyunca hərəkət edin, özünüz baxın. Bütün yaşayış binalarının böyür-başı zəbt edilib. Binanı başqa bir binanın düz önündə inşa edirlər. İnsanların pəncərəsinin önünü kəsib kafe, market, mebel mağazası, «şopinq»lər tikirlər. İnsanları günəş işığından, təmiz havadan məhrum edirlər. Kim bu tikintilərə icazə verir, Şəhərsalma İdarəsi hara baxır?
Gördünüz, «Sahil»dəki yanğını saat yarıma söndürdülər, özləri də etiraf etdi ki, sıxlıq olduğu üçün yanğın gec söndürülüb. Bəs bu biri-birinin içinə nüfuz etmiş binalarda sabah, Allah eləməmiş, bir fövqəladə hadisə, yanğın olsa, maşınlar ora necə gedəcək, necə müdaxilə edəcək? Əksər binaların altı mebel mağazası, market, supermarket, ticarət obyektləridir. İnsanlar küçələrlə rahat hərəkət edə bilmir. Hərə bir «butik» çıxarıb küçəyə. Həyətlərə heç minik avtomobilləri daxil ola bilmir, o ki qaldı, yanğınsöndürən maşınlar. Yeni tikililərdə tikinti qanunlarına riayət edilmir. Rəsmi strukturlar bu vəziyyəti görür, amma heç kim səsini çıxarmır. Fəlakət baş verəndə də camaatı günahlandırırlar. Binalar elə inşa edilməlidir ki, avtomobillər binalar arasında sərbəst hərəkət edə bilsin, fövqəladə hallar baş verəndə də yanğınsöndürən, təcili yardım, digər qəza xidmətləri hadisə yerinə tez çatsın.