vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SOSİAL  
12:50 | 15 yanvar 2017 | Bazar Məqaləyə 2925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MTK isti suyun qiymətini qaldırdı...

... Kombilərə isə qadağa qoydu

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 59K ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri «Kristal Abşeron» tikinti şirkətindən şikayətçidirlər. Bir qrup sakin evlərə verilən istiliyin və isti suyun bahalaşmasına etiraz edib.

Bu barədə virtualaz.org saytına sakinlər tərəfindən ünvanlanan şikayətdə deyilir.

Sakinlərin sözlərinə görə, şirkət evlərə verilən istiliyin qiymətini 1 kvadrat metr sahəyə görə 80 qəpik, isti suyun 1 kub metri 2 manat müəyyənləşdirib. «Ötən il 40 qəpikdən hesablanırdı, bu ildən isə 80 qəpikdən ödəməliyik. Qış bitməyib, indidən yayda isti suyu 4 manatdan satacaqlarını deyirlər. Buna görə də, mənzillərə kombi çəkdirmək istəyirik, lakin fərdi qazanxananın olduğu əsas gətirilərək kombi çəkilməsinə icazə verilmir», - 376-cı mənzilin sahibi Şahin Camalov deyir.

Şikayətçi şirkətə qarşı məhkəmə iddiası qaldırıb. «Tikinti şirkəti ilə bağlanmış müqavilədə mənim mənzilimin ümumi sahəsi 147 kvadrat metr göstərilib, mənzil özəlləşdirilərkən isə ümumi sahənin 112 kvadrat metr olduğu bəlli oldu. Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarışda da mənzilin ümumi sahəsi 112 kvadrat metr göstərilir. Tikinti şirkəti divarları, balkonu, hətta bloku da mənzil sahəsi kimi satıb. Bütün mənzil sahibləri də bu cür aldadılıblar. Şirkət xidmət haqlarını müqavilədə göstərilən sahəyə görə hesablayır. Artıq göstərilmiş sahəyə görə ödədiyim məbləğin geri qaytarılmasını, istiliyin Tarif Şurasının müəyyənləşdirdiyi qiymətə uyğun hesablanmasını tələb edirəm», - Ş.Camalov söyləyib.

Şikayətçilər xidmət və kommunal ödənişlərə görə çek verilmədiyini iddia edirlər. Onların sözlərinə görə, ayda 30 manat xidmət haqqı, 50 manat isə qaraja görə pul ödənilir. Çek verilmir, ödənişlər dəftərə yazılır. «3-4 otaqlı mənzili olanlar ayda 250-300 manata yaxın pul ödəyirlər. Kombi quraşdırılmasına icazə verilsəydi, xərclər bir qədər azalardı», - şikayətçilər əlavə edirlər.

Qeyd edək ki, Tarif Şurasının sonuncu qərarı ilə mərkəzi isitmənin qiyməti 1 kvadrat metr yaşayış sahəsi üçün əhali üzrə 15 qəpik, qeyri-əhali üzrə 25 qəpikdir.

«Kristal Abşeron» MTK isə sosial şəbəkədəki səhifəsində istiliyin qiymətinin artırılmasına münasibət bildirib. «MTK istiliyin qiymətini artırıb. Bununla yanaşı, şirkət Tarif Şurasına rəsmi müraciət edib. Şuradan göndərilən cavab məktubunda göstərilir ki, qeyri-əhali istehlakçı qrupları, o cümlədən mərkəzləşdirilmiş qaydada istilik təhcizati xidməti göstərən subyektlər üzrə təbii qazın pərakəndə satış tarifi bir kub metr üçün 2 dəfə artırılaraq 20 qəpik təsdiq edilib. Baxmayaraq ki, inşa etdiyimiz qazanxanalar əhaliyə xidmət üçün nəzərdə tutulub və heç bir kommersiya məqsədi daşımır, Tarif Şurasının cavab məktubunda tam əksi qeyd edilib. Belə ki, Tarif Şurasının qərarına əsasən, təbii qazın əhali üzrə illik istehlak həcmi 1700 kub metrə qədər olan hissəsi 0.10 AZN qiymətlə, 1700 kub metrdən artıq olan hissəsi isə iki dəfə artırılaraq hər kub metr üçün 0.20 AZN məbləğində təyin edilib. Şirkətimiz mövcud vəziyyətdə bu artımın sakinlərimizin ailə büdcəsinə nə qədər ziyan vurduğunu, onları nə qədər çətin vəziyyətə saldığının fərqindədir. Bütün bu məsələləri nəzərə alaraq, sakinlərin də imzaladıqları müraciətlə yenidən Tarif Şurasına və digər dövlət qurumlarına müraciət göndəriləcək. Müraciətdə mənzil başına verilmiş 1700 kub metr limitin MTK-ya verilməsi xahiş olunub. Belə olduğu halda, MTK təbii olaraq heç bir qiymət artırılmasına getməyəcək. Müraciətə müsbət cavab gəlmədiyi halda isə şirkətimiz mövcud qazanxanaların fəaliyyəti üçün alınmış layihələri yeniləyərək sakinlərin öz mənzillərində kombi sisteminin qura bilmələrinə şərait yaradacaq», - açıqlamada deyilir.