vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
XADİM  
15:48 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Düşmənlə düşmən kimi davranmalıyıq»

«Torpağının bir hissəsi, əhalisi qaçqın olan ölkə sülhsevər ola bilərmi?»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bü gün mətbuatda dünya ölkələrinin «Qlobal Sülh İndeksi» siyahısı açıqlanıb. Bildirilir ki, siyahını Sidney Sülh və İqtisadiyyat İnstitutu hazırlayıb. Siyahıya əsasən, 162 ölkənin yer aldığı siyahıda Azərbaycan 123-cü ən sülhsevər ölkə kimi qərarlaşıb».


Vaxt.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Azərbaycanla bağlı hesabata münasibət bildirən deputat qeyd edib ki, siyahı obyektiv şəkildə hazırlanıb.

«Hələ bu azdır, biz elə 162-ci yerdə olmalıyıq. Torpağının bir hissəsi, əhalisi qaçqın olan ölkə sülhsevər ola bilərmi?

Torpağı işğal altında olan xalq sülhsevər ola bilməz, o müharibə əhval-ruhiyyəsi ilə yaşamalı düşmənlə düşmən kimi davranmalıdır. Onsuz da Azərbaycan xalqı tarixən malik olduğu torpaqları itirib, müasir dövrdə isə qonşu Ermənistanın silahlı qüvvələri bizim torpaqlardadır.

Azərbaycan Respublikası o zaman sülhsevər ola bilər ki, ərazi bütövlüyümüz bərpa olunsun, 1,2 milyon nəfər qaçqın öz torpaqlarına qayıda bilsin, Ermənistan bizim ərazi bütövlüyümüz tanısın.

Torpaqlarımız işğal altında olduğu üçün biz sülhsevər ola bilmərik, biz torpaq itkisi ilə barışmaq istəmirik».