Öz kökü üstündə bitən ot
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
15:18 | 3 sentyabr 2015 | Cümə axşamı
Məqaləyə 3255 dəfə baxılıb
Şriftin ölçüsü
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
İqtidar və müxalifət eyni fikirdədir
YAP-dan Əli İnsanova sərt reaksiya
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Ölkə ictimaiyyətinin və siyasi çevrələrin bütün diqqəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu ilin noyabr ayının 1-də keçiriləcək Milli Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizəd siyahısına yönəlib.
Hakimiyyətə yaxın dairələr, müstəqil şəkildə deputatlığa namizədliyini verəcək şəxslər, hətta bəzi müxalif partiyalar öz seçki taktika və strategiyasını YAP-ın seçki siyahısı üzərində fokuslaşdırıb.
Dördgözlə, həyəcanla YAP-ın namizəd siyahısını gözləyən siyasi fiqurantlar öz parlament seçkiləri ilə bağlı fəaliyyət sxemini də hazırlamağa tələsmir. Çünki, siyasi çəkişmələr, mübarizələrin predmet və hədəflərini müəyyən etmək üçün YAP-ın bölgüsü vacibdir.
Bununla da hökumət kulisləri ilə əməkdaşlıq çərçivəsində olan partiya və müstəqil namizədlər öz fəaliyyət istiqamətlərini YAP siyahısına əsasən quracaqlar ki, ortalıqda bir inciklik olmasın.
Lakin ümidlərin yaratdığı assosiasiyalar hələ ki, xəyal dünyasında qərarlaşıb. Çünki, hakim partiya hələ də seçki siyahısını açıqlamır. Birmənalı olaraq təbii ki, YAP gec-tez, hətta bu gün ya da sabah çoxsaylı kontingentin intizarına son qoyacaq. Amma partiyanın seçki siyahılarının tərtib olunmasında yaranan ləngimənin səbəbləri daha çox maraq doğurur.
Modern.az saytının əldə etdiyi məlumata görə, YAP-da seçki siyahılarının müəyyənləşməsinə görə rəqabət şəraitində qurum daxili mübarizələr səngimir.
Belə ki, partiyanın siyahısında olmayan hazırkı deputatlardan bir neçəsi bunu həzm edə bilmirlər. Hələ bundan əvvəl mətbuat səhifələrində yer alan fərziyyələrdə iddia olunurdu ki, YAP seçkilərə partiyadaxili islahatlar yolu ilə qatılacağını qarşısına məqsəd qoyub.
Seçkilərdə dövlətdə vəzifə sahibi tutanların, rektorların, yaşlı partiya üzvlərinin deputatlığa gedən yolunun bağlanması fikri mütəmadi olaraq qeyd olunub. Bu cür qərarların hakim siyasi elita tərəfindən verildiyi də bildirilirdi.
Siyahı tərtibatının keyfiyyətcə hansı formatda olacağını böyük səbirsizliklə gözləyənlər isə, deyəsən, belə getsə, bir az dişlərini sıxmalı olacaqlar...