vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MÜBAHİSƏ  
15:18 | 23 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu birdən-birə baş verən hadisə deyil»

«Böyük yeddilik»in sanksiyaları Rusiyaya necə təsir edəcək?

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Barak Obamanın Rusiyaya sanksiyaları artıracağı ilə bağlı bəyanatından sonra «Böyük yeddilik» də ABŞ prezidentinə dəstək olub. Beləliklə Rusiya iri dövlətlərin sanksiyaları altında qalıb. Bütün bunlara baxmayaraq, Putin də hələ ki, regionda Avrasiya İttifaqı adlanan layihəsi ilə bağlı prosesləri davam etdirir.


- Dünya ölkələrinin sanksiyaları Putin hökumətini öz planlarından çəkindirəcəkmi? 

Bu dəfəki detatda suala Sosial Demokrat Partiyasının sədri, politoloq Araz Əlizadə və həmkarı Ərəstun Oruclu cavab veriblər.

Araz Əlizadə hesab edir ki, bütün bu sanksiyalar Rusiyanı məqsədlərindən daşındıra bilməz:

Araz Əlizadə«ABŞ İrana da çox təzyiqlər etdi. Bütün bu sanksiyalar İranı fikirlərindən daşındırdı ki, Rusiyaya da təsir etsin? Rusiya İrandan da qüdrətli dövlətdir. Bu dövlətin həm hərbi, həm də sənaye baxımından gücü kifayət qədərdir. Buna görə hesab edirəm ki, Qərbin bu sanksiyaları Rusiyanı fikrindən daşındırmayacaq. Bəli, bu sanksiyalar Rusiyanın iqtisadiyyatına zərbə vurur. Ancaq nəzərə alaq ki, Rusiyanın sərvətləri kifayət qədərdir. Artıq Rusiyanın Avrasiya İttifaqı planı baş tutub. Bu ittifaqa hətta İsrailin və Türkiyənin də marağı var. Son zamanlar erməni politoloqlarının Rusiyanın əleyhinə çıxışları sadəcə sifariş əsasında deyilən sözlərdir. Ermənistan heç zaman Rusiyanın əleyhinə çıxa bilməz. Ona görə ki, bu dövlətin bütün iqtisadiyyatı rusların əlində cəmləşib. Ermənistan başa düşür ki, Rusiya qədər heç bir ölkə ermənilərə yardım etməyəcək. Bu ölkə SSRİ dağıldıqdan sonra öz müstəqilliyini itirən ilk respublikadır. Regionda bu ittifaqla bağlı Azərbaycanın da adı hallanır. Mən hesab edirəm ki, Azərbaycan hazırkı siyasətini sona qədər davam etdirəcək».

 

***

 

Ərəstun Oruclu isə Araz Əlizadənin İranla bağlı sualına cavab verərək bildirib:

Ərəstun Oruclu«İran sanksiyalar qarşısında çəkinmək bir yana, hətta mövqeyini dəyişdi. İran rəsmiləri bu gün enerji sahəsində Qərblə əməkdaşlığa belə hazırdırlar. Bu birdən-birə baş verən hadisə deyil. Təbiidir ki, buna əsas səbəb sanksiyalardır. İranda hətta təkcə prezident səviyyəsində deyil, ali dini rəhbər də fətva verdi ki, nüvə silahı saxlamayacaqlar. Hesab edirəm ki, İrana tətbiq edilən sanksiyalar kifayət qədər effektiv oldu.

Rusiyaya gəlincə, ABŞ və Qərb dövlətləri İkinci Dünya savaşından sonra sərhədlərin ciddi şəkildə qorunmasını nümayiş etdirirlər. Hər halda yaranan situasiya göstərir ki, Rusiya kimi böyük dövlətin qarşısından Qərb çəkilməyəcək. Beləliklə də Rusiyaya təzyiqlər davam edəcək. Bəzən deyirlər ki, Qərb Serbiyanı və ya Yuqoslaviyanı parçaladı. Lakin bu proseslərlə Krım hadisəsini qarışdırmaq olmaz. Çünki birincidə söhbət bir separatçı dövlətin parçalanmasından və yerində müstəqil dövlətlərin yaranmasından gedirdi. Krım məsələsində isə ATƏT üzvü olan bir ölkənin digər üzvünün ərazisini faktiki olaraq işğal etməsi ön plandadır. Güman edirəm ki, sanksiyalar qarşısında Rusiya məcbur olub, reallıqla hesablaşacaq. Təbii ki, geri çəkilmək Rusiya hakimiyyəti üçün olduqca çətindir». (hafta.az)