vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QƏZA, FACİƏ  
11:48 | 26 iyun 2014 | Cümə axşamı Məqaləyə 2014 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayram günü «terror»la başladı

«Yol canavarı» 4 can aldı, 3 nəfəri yarımcan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda, «Mal bazarı» adlanan ərazisində qeydə alınıb.


«VAZ-2106» markalı avtomobillə, Gəncə şəhərinə 7 nömrəli marşrut üzrə işləyən «İsuzu» markalı avtobusun toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə gələn bir nəfər də orada dünyasını dəyişib. Ölən və yaralıların kimlikləri məlum deyil.

Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)


***


Bu gün səhər saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən ağır qəza olub.

Hadisə saat 08:00-da Ələt-Astara magistralının 190-cı kilometrliyində, Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Qulam Əvəz oğlu Hacıyevin idarə etdiyi «VAZ-21074» markalı avtomobil Şükür Akif oğlu Şükürovun idarə etdiyi «Mercedes Vita» markalı maşınla toqquşub.

Qəza nəticəsində «Jiquli»də olan sərnişin 1984-cü il təvəllüdlü Elvin Xanoğlan oğlu Sultanov ölüb. Onun meyiti parçalanan avtomobildə sıxışıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Elvin Sultanovun meyitini avtomobildən çıxarıblar.

Bundan əlavə hər iki avtomobilin sürücüsü ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(ANS)


***


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 25-də gecə saatlarında baş verib. Belə ki Binəqədi rayonu, Biləcəri qəsəbəsi Y. Hüseynov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Zeynəb Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilmiş Z. Əsgərova orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.