
“Sabotaj deyil”
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
17 ölü, 21 yaralı
5 ölü
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Almaniya polisi şahid axtarır
76 nəfər öldü
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Qəzada 4 nəfər öldü
Sərnişinlər qanaddan üstünə atılıb qaçdılar
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
4 nəfər ölüb, 30 nəfər itkin düşüb
İndoneziyalı pilotlar fəlakətin qarşısını aldı
2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, onlardan 342-si həlak olmuş, 745-i isə yaralanıb.
Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,0 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.