Daha neçə uşağı maşın vurmalıdır ki...
Bakı məktəblərinin qarşısındakı təhlükə: «Valideynlər az qalır uşaqlarını partaya qədər avtomobillə aparsın»
Gülnar ƏLİYEVA, Foto Samirə HƏSƏNOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəbli analar
Kim deyir ki, yol həmişə böyüklərindi?
-
Faciədən möcüzəli xilas
Eniş zolağında toqquşan iki təyyarədən birinin quyruğu qopdu
-
ABŞ məktəbində silahlı hücum
Polis atışma səsləri eşitdikdən sonra müdaxilə edib
-
Çində faciəvi qəza
Şagird və valideynlərin üzərinə şığıyan avtobus xeyli sayda ölüm və yaralanmaya səbəb oldu
-
17 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
Bir il qabaq başlanan axtarış nəticə verdi
-
Rus pilot ölüb
Sibirdə qəzaya uğrayan bombardmançının 3 ekipaj üzvü xəstəxanaya yerləşdirilib
-
Tramvaylar geri qayıdır?
Sakinlər arzusuna BNA susur
-
Mədən qəzasının fəsadları artır
Bartındə ölənlərin sayı 40 nəfərə çatıb
-
BNA-nın saytındakı pərakəndəlik
“Google Maps” Azərbaycanla bağlı məlumatları siləcəkmi?
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
-
“Böyük depressiya”
Yaxud “Tompson” avtomatlı “Traffic canavarı”
-
300 ədəd və 48 milyon...
10 qəpiklik artımın səbəbi bilindi
-
“BakuBus” BNA-ya verildi
Avtobuslar və avtomobil dayanacaqları da BŞİH-dən alındı
-
Orta məktəblərin statusu dəyişdirilir
Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq
-
... 35, 60, 90 manatlıq
Yeni «Baku Card» istifadəyə verilir ...
-
Bakıya yeni avtobuslar gətirilir
Vahid kart sisteminə keçəcək nəqliyyat vasitələrinin sayı 2.5 dəfə artacaq
Bakıda yerüstü və yeraltı keçidlərinin azlığı hər gün baş verən piyada vurulmalarının səbəblərindən biridir. Paytaxtda yerüstü və yeraltı piyada keçidlərinin azlığını, mövcud olanların isə bir qisminin düzgün yerləşmədiyini bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi də keçirdiyi monitorinqin nəticələrinə əsaslanaraq açıqlamışdı. Təhlükəsiz piyada keçidlərinin azlığı xüsusən məktəblərin qarşısından hər gün yolu o tərəf-bu tərəfə keçən məktəblilər üçün ciddi təhlükə yaradır.
Əksər məktəblər yolun kənarında, nəqliyyatın sıx olduğu ərazidə yerləşdiyindən, hətta bir çoxunun qarşısında işıqfor belə qoyulmadığından burada təhsil alan şagirdlərin həyatı təhlükə ilə üz-üzə qalır. Günü pik saatlarında, yollarda hərəkət intensivləşəndə sürücülərin çoxu məktəblərin qarşısındakı piyada zolaqlarına məhəl qoymurlar. Nəticədə məktəblilərin yolu keçməsi daha da çətinləşir.
Virtualaz.org bu mənzərəni görmək üçün səhər tezdən Bakı məktəblərinin bir neçəsinin qarşısında müşahidə aparıb.
Paytaxtın ən səs-küylü məktəblərindən biri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 23 saylı orta məktəbdir. Məktəbin darvazası birbaşa yola açıldığından gündə bir neçə dəfə burada böyük izdiham yaşanır. Bu vəziyyətdən ən çox narazı qalanlar isə valideynlərdir.
İkinci sinifdə oxuyan qızını hər gün məktəbə aparıb-gətirən valideyn Nübar Məmmədova deyir ki, həm özü, həm də uşağı hər gün əsəb və stress keçirir: «Bu məktəb evimizə yaxındır. Ancaq yolu keçmək təhlükəli olduğundan uşağı tək buraxa bilmirəm, hər gün özüm aparıb-gətirirəm. Burada yolu keçmək çox təhlükəlidir».
«Mənim oğlum yeddinci sinifdə oxuyur, bura da evimizin yanıdır. Amma məktəbin qarşısındakı bu qarmaqarışıq vəziyyətə görə onu tək buraxmıram. Hər gün özüm gətirib aparıram. Amma bəzi valideynlər var ki, işləyirlər, məcburiyyətdən uşaqları sərbəst buraxmalı olurlar. Bu da təhlükəlidir. Yeraltı keçid olmadığından yolu keçmək təhlükəlidir, sürücülər çox vaxt piyadalara məhəl qoymurlar», - bunu isə Hicran adlı valideyn deyir.
Digər problem isə uşaqlarını məktəbə gətirib-aparan valideynlərin avtomobillərini yol kənarında saxlaması, nəticədə tıxac yaranmasıdır.
Valideynlər deyirlər ki, maşını yolda park edən sürücülərin avtomobilləri dəfələrlə cərimə meydançasına aparılıb, amma bu qayda pozuntusu hər gün kütləvi şəkildə baş verir.
Eyni qarmaqarışıq vəziyyət Azadlıq prospektində yerləşən 160 saylı məktəbin qarşısında hökm sürür. Çəkiliş apardığımız vaxt məktəbdən çıxaraq yolu keçmək istəyən bir dəstə şagird təhlükə ilə üz-üzə qaldı. Xoşbəxtlikdən sürücü vaxtında əyləci basa bildi. İmkan tapıb təhlükəli vəziyyətdə yolu keçən uşaqların fotosunu çəkə bilsək də, biz yolu keçənə qədər dağılışdıqlarından onlarla söhbətləşə bilmədik.
Oxşar vəziyyəti Səbail rayonu, İstiqlaliyyət küçəsi 33 ünvanında yerləşən 132-134 saylı məktəbin qarşısında da müşahidə etdik. Məktəbdən çıxan şagirdlər üçün metronun «İçərişəhər» stansiyası istiqamətində yeraltı keçid inşa olunsa da, hələ də avtomobil yolunun üstündən keçənlərə rast gəlinir.
Qapısı birbaşa yola açılan məktəblərdən biri də Xaqani küçəsində yerləşən Elitar Gimnaziyadır. Bu məktəbin qarşısından səhər və günorta saatlarında avtomobillərin tıxacından və siqnal səslərindən keçmək mümkün deyil. Məktəbin hər iki qapısı avtomobil yoluna açıldığından valideynlər uşaqlarını məktəbə daxil olana qədər müşayiət etmək məcburiyyətində qalırlar.
Eyni problemləri hər gün Nəsimi rayonunda yerləşən 5 saylı məktəbə uşaq gətirən valideynlər də yaşayırlar. Valideyn Sürayə Əsgərova isə hesab edir ki, məktəblərin qarşısında yaranan xaos və qarışıqlığın səbəbi valideynlərin uşaqları avtomobillə az qala partaya qədər aparmaq istəyindən yaranır.
«Mən uşağımı qorxudan tək məktəbə yola sala bilmirəm. Çünki səhər məktəbin qarşısında o qədər tıxac olur ki, heç özüm baş açıb keçə bilmirəm, uşaq təkbaşına necə getsin. Bəzən olur ki, yolun hər iki tərəfindən maşınlar gəlir, dirənib dayanırlar, nə irəli getmək mümkün olur, nə də qayıtmaq», - valideyn deyir.
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonundakı məktəblərin birinin qarşısında avtomobil yolu keçən iki məktəbli bacını vurmuşdu. Məktəblərin qarşısından yolu keçməyin yaratdığı təhlükə ilə bağlı reportajın hazırlandığı saatlarda xəbər gəldi ki, Bakıdakı 23 saylı məktəbin qarşısında avtomobil məktəbli qızı vuraraq hadisə yerindən uzaqlaşıb...