vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
12:53 | 28 iyun 2014 | Şənbə Məqaləyə 2217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Övladlarımı qoymaram»

Fəzail Ağamalı: «Görünür hansısa bir problemim var ki, belə qərar verildi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün bir neçə valideyn «Çağ Öyrətim» liseylərinin bağlanmasından sonra övladlarının harada oxuyacağını aydınlaşdırmaq üçün parlament binasının qarşısına toplaşıb. Onları deputat Fəzail Ağamalı qarşılayıb. Deputat valideynlərlə danışdıqdan sonra Hafta.az-a açıqlama verib.


F.Ağamalı deyib ki, həmin şəxslər etiraz etmirlər: «Sadəcə istəyirlər ki, Təhsil Nazirliyi və başqa müvafiq orqanlar onların səsini eşitsin. İstəyirlər ki, uşaqları ortalıqda qalmasın. Çünki o şagirdlər Azərbaycanın sərvətidir. Mən də birmənalı şəkildə onlarla birgə istəyirəm ki, o uşaqlar ortalıqda qalmasın».

Deputat valideynlərə alternativ liseylərdən istifadə etməyi təklif edib: «Mən valideynlərə təklif etdim ki, Xəzər və Azərbaycan-Avropa kimi özəl məktəblərə müraciət etsinlər. Mən də yəqin ki, nəvələrim üçün bu iki məktəbdən birini seçəcəyəm. Onu da deyim ki, mənim də 4 nəvəm «Çağ Öyrətim» liseyində oxuyurdu. İndi ayrı seçimimiz yoxdur. Uşaqların qazandığı ilkin biliyi, təlim-tərbiyəni itirmək olmaz».

Millət vəkili liseylərin bağlanmasının səbəbi haqda dəqiq məlumatı olmadığını deyib: «Mən bilmirəm liseylərin bağlanması Ərdoğanla, ya Gülənlə bağlıdır. Bu haqda dəqiq məlumatım yoxdur. Amma görünür hansısa bir problemim var ki, belə qərar verildi. Prezidentin yəqin ki, liseylərin bağlanmasından xəbəri var. Yenə deyirəm ki, görünür bağlanma haqda qərarın verilməsi zəruri olub».

Fəzail Ağamalı dövlət məktəblərinin lisey səviyyəsində olmadığını deyib: »Mən birmənalı olaraq övladlarımı dövlət məktəbinə qoymayacağam. Dövlət məktəblərində o səviyyə yoxdur. Bu reallıqdır. Bunu etiraf etmək lazımdır. Təhsil naziri Mikayıl Cabbarov cəhd edir, islahatlar aparır. Ümidvaram ki, onun islahatları yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün orta məktəb sistemində ciddi problemlər var. Bunun da ən başlıca səbəbi repetitor sistemidir».

Deputat deyib ki, övladları hansısa dini və ya siyasi ideologiyanın təsiri altına düşməyib: «Mən liseylərdə oxuyan övladlarımın hansısa təsir altına düşdüyünü hiss etmədim. Böyüyü 9-cu sinifdə, kiçiyi 6-cı sinifdə oxuyurdu. Hər halda bu günə qədər belə bir şey görməmişəm. Nurçuluq, Gülən haqda evdə heç nə danışmayıblar. Onlarda daha çox Azərbaycana, dövlətə bağlılıq, vətənpərvərlik dövlət atributlarına bağlılıq, prezidentə sevgi hiss olunurdu».