vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜSAHİB  
14:08 | 29 iyun 2014 | Bazar Məqaləyə 1764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Krımdakı türklər Kremlin girovudur»

«Vətəndən doğru-düzgün xəbər almaq üçün ruslara rüşvət vermək məcburiyyətindəyik»

Aygün MURADXANLI, Strasburq

MÖVZU İLƏ ƏLAQƏLİ

Krım türklərinin lideri Mustafa Cəmiloğlunun azərbaycanlı jurnalistlərlə söhbət edib. Müsahibə Fransanın Strasburq şəhərində, AŞPA sessiyası keçirilən ərəfədə götürülüb. Vaxt.az həmin müsahibəni oxucularına təqdim edir.

 

- Mustafa bəy, Krımda son durum necədir, xəbər tuta bilirsinizmi?

- Məzarlıqda olduğu kimi sakitlikdir. Həyat yoxdur. İnsanların demokratik haqları təmin edilmir. Bundan başqa, sosial şərtlər ağırlaşdırılıb. Mitinqlər, yürüşlər, ümumiyyətlə, etiraz aksiyalarının bütün formaları qadağan edilib. Media kontrol altına alınıb. İşğal sözünü işlədən şəxsləri bir bəhanə tapıb həbs edirlər.

 

- Avropa Şurasının yay sessiyası çərçivəsində Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvü olaraq qurumun  rəhbərliyi ilə geniş müzakirələriniz olub, bir sıra komitələrdə Ukraynadakı ümumi durum, eləcə də Krım məsələsi haqqında fikir mübadiləsi aparılıb. Konkret dəstək olacağını düşünürsünüzmü?

- Əgər Rusiya normal bir ölkə, beynəlxalq hüquq normalarına əməl edən dövlət olsaydı, birincisi, Krımı işğal etməzdi, ikincisi, hər hansı bir  beynəlxalq problem zamanı onunla anlaşmaq daha rahat olardı. Bu gün durum elədir ki, Rusiya ilə hüquq dilində danışmaq mümkün deyil. Onlara nə desən de, öz dediklərini edəcəklər. Onlar başqa dildən anlayır.

 

- Siz hərb yolunu nəzərdə tutursunuz?

- Aylardır dünya birliyi Rusiyanı işğalı dayandırmağa çağırır, ancaq Rusiya bu çağırışların heç birinə məhəl qoymur. Yəni bu durumu Rusiya özü yaradıb. Əgər Rusiya bu çağırışları dinləmirsə, demək, ona təsir etmək, hüquqa əməl etməsini təmin etmək üçün başqa yollar aranmalıdır. Bəyanatlar səviyyəsində Rusiyadan nələrsə almaq mümkün deyil. Durumu dəyişmək üçün mütləq başqa yollara baş vurulmalıdır. Avropa Şurasındakı Krım, Ukrayna məsələlərinin müzakirəsi zamanı mövqeyimi bildirdim, söylədim ki, konkret sanksiyalar tətbiq etmək zamanıdır. Bu baş verməsə, Rusiya işğal siyasətini daha da genişləndirəcək. Biz burada, digər beynəlxalq yığıncaqda toplaşıb hansısa bəyanatlar qəbul edirik, Rusiya isə hərəkətdədir. Bir tərəfdən Ukrayna uçaqlarını vurur, Krımda adam oğurlayır, həbs edir, digər tərəfdən separatçılara silah, sursat göndərir. Bundan başqa, ölkə içərisində təbliğatına bir an belə ara vermir. Avropa Birliyi hərəkətlərini bu reallıqlara uyğunlaşdırmalıdır.

 

- Kreml sizi Krıma buraxmır. Krımla necə əlaqə saxlaya bilirsiz? Sizinlə təmas quran insanlara basqı varmı?

- Biz Krımdan doğru-düzgün xəbər ala bilmirik. Telefonlar dinlənir. Bəzən xəbər almaq üçün ruslara rüşvət vermək durumu yaranır. Bizimlə təmasda olan silahdaşlarımız bir yana, yaxın qohumlarımızı da incidirlər. Putin SSRİ-nin təqib sistemini Krımda yenidən işə salıb. Bu gün Krımda nə qədər türk varsa, hamısı Kremlin girovudur.

 

- Ukrayna prezidenti Petro Poroşenko barış çağırışları etsə də, Rusiya təxribatları dayandırmayacağı halda atəşkəsin birtərəfli dayandırılacağı haqqında xəbərdarlıq edib. Ukrayna hərbi təcavüz başlayan ilk günlərdə ordu daxilində də ciddi problemlər yaşamışdı, xeyli yüksək rütbəli zabitin Rusiya kəşfiyyatına işlədiyi ortaya çıxmışdı. Ordunun təmizlənməsi prosesi necə gedir?

- Rusiya keçmiş prezident Viktor Yanukoviçin dönəmində Ukrayna Ordusunda elə geniş kəşfiyyat şəbəkəsi qurub ki, bunu qısa zamanda, üstəlik savaş gedə-gedə ləğv etmək asan deyil. Ancaq tədbirlər görülür. Xüsusən 25 may növbədənkənar prezident seçkilərindən sonra vəziyyətin tam nəzarətə alınması üçün ciddi addımlar atılıb. Ancaq böyük nəticələrdən danışmaq tezdir. Fakt odur  ki, Ukrayna Rusiya ilə savaşacaq gücdə deyil. Rusiyanın savaş taktikalarını bilirik. Ukraynanın doğu bölgələrində mülki şəxslərdən çox istifadə edirlər. Ukrayna da mülki şəxslərə atəş açmır. Belə barbar metodları ilə savaşmaqda davam edirlər. Rusiyanın təbliğat maşını da 1 dəqiqə belə dayanmır. Telekanallar o qədər yalan, dəqiq olmayan informasiyalar yayır ki, insanlar panikaya düşür. Onların məqsədi vətəndaş iğtişaşlarının bir an dayanmamasına nail olmaq, mülki şəxslərin əli ilə vəziyyəti nəzarət altında saxlamaqdır. Rusiya mülki şəxslərin belinə raket bağlayıb açıq döyüşə göndərir, həmin raketlərlə Ukraynanın Hərbi Aviasiyasını məhv edirlər. Həmin şəxsləri saxlayanda isə bəlli olur ki, Ukrayna vətəndaşıdır, mülki şəxsdir.

 

- Prezident seçkilərindən sonra Ukraynadakı iç siyasi durumda dəyişiklik olubmu?

- Seçkilərdən sonra hakimiyyət gözlənildiyi kimi komanda olaraq xeyli toparlanıb. Müxalifət də sərbəst fəaliyyət göstərir, tənqidlərini əsirgəmir. Ancaq ölkədə çox böyük demokratik ab-hava var. Məncə, 23 illik müstəqillik dönəmində ən demokratik hakimiyyət formalaşdırılıb. Vətəndaş cəmiyyətinin də dəstəyi ilə Ukrayna çox ciddi irəliləyiş əldə edə bilər. Bu məsələdə tək əngəl Rusiya problemidir. Rusiya hələ də öz adamı Viktor Yanukoviçin hakimiyyətdən endirilməsi ilə barışa bilmir. Rusiya nəzarətdə saxlamaq istədiyi ölkələrdə demokratik hakimiyyətin formalaşmasını əngəlləyir, ölkəni mafiya qaydaları ilə idarə edənlərə dəstək verir. Yanukovuç mafiya başçısı kimi Rusiyaya çox sərf edirdi.

 

- Siz Ukraynada ən demokratik hakimiyyət qurulduğunu dediniz. Xalqın savaşla bağlı görüşləri nədir? Qarabağ məsələsində olduğu kimi, uzunmüddətli, eyni zamanda nəticəsiz dinc prosesin tərəfdarları çoxdur, yoxsa savaş yolunun?

- Savaşı heç kim istəmir, bu, aydındır. Ancaq bir məcburiyyət durumu da var. Torpaqlar işğal edilib və qarşı qoyulmazsa, işğal davam edə bilər. Bütün Ukrayna vətəndaşları bu durumun fərqindədir. Hələ prezident seçkiləri keçirilməzdən öncə də könüllülər vardı. Özləri səfərbərlik təşkil edib Ukraynanın ərazi bütövlüyünün mübarizəsinə qalxmışdılar. Bu gün də həmin vətənpərvər insanlar Ukraynanın doğusunda döyüşür. Ancaq dediyim kimi, bu məsələ yalnız bir yolla mümkün deyil. Danışıqlar da aparılmalıdır, antiterror əməliyyatları da davam etməlidir, beynəlxalq birliyin Rusiyaya basqı göstərməsinə də nail olunmalıdır.

 

- Rusiyanın Ukraynanın iç siyasi durumuna təsir imkanlarını sıfırlamaq üçün parlament seçkisinin keçirilməsi vacib sayılır. Seçkinin nə zaman keçiriləcəyi qərarlaşdırılıbmı?

- Parlament seçkisi keçirmək üçün öncə bu parlamenti dağıtmaq lazımdı. Bunun da müəyyən üsulları, daha doğrusu, səbəbləri olmalıdır. Ya koalisiya ləğv edilməli, ya da 150 millət vəkili istefa versə, parlamentin buraxılması mümkün ola bilər. Ancaq çoxları istefa etmək istəmir. Çünki gələcək seçkidə kimin mandat alıb-almayacağı qaranti altında deyil. Əgər parlament buraxılsa, Ukrayna qanunlarına görə 90 gün ərzində yeni seçki keçirmək, qanunverici orqanı yenidən formalaşdırmaq mümkündür.

 

- Yeni parlamentdə Krımı sizdən başqa daha kimlərin təmsil etməsini planlaşdırırsınız?

- Bu haqda müzakirələrimiz davam edir. Yəqin, seçki elan ediləndən sonra bu məsələ ilə bağlı dəqiq qərarlarımız olacaq. (musavat.com)