vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
18:06 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın qardaşı oğlu tutuldu

«Qanun nəyi tələb edirsə, onu edin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu məhkəmə qərarı ilə həbsə məhkum edilib.


Məlumata görə, İstanbul 1-ci Ağır Cəza Məhkəməsi baş nazir R. T. Ərdoğanın qardaşı oğlu Mehmet Ərdoğanın da aralarında olduğu və narkotik maddələrin ticarəti ilə məşğul olmaqda ittiham edilən 11 nəfərə hökm oxuyub. Məhkəmənin qərarına əsasən Mehmet Ərdoğan 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həm də narkotik istifadəçisi olduğu nəzərə alınaraq müalicəsinə də qərar verilib.

Qeyd edək ki, baş nazir R. T. Ərdoğan bu hadisə ilə bağlı daha əvvəl verdiyi açıqlamada bildirib ki, Mehmet Ərdoğan haqqında qanunlar nəyi tələb edirsə, o addımlar atılmalıdır: «Valiyə də, polis müdirinə də açıq və konkret söylədim. Qanun nəyi tələb edirsə, onu edin dedim. Mən onu qohumluqdan çıxarmışam. Mənim prinsiplərimə və həqiqətlərimə uyğun olmayan bir adamdır». (APA)