vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
10:45 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 3297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nizamnamə təsdiq olundu

Artur Rəsizadə «Bakı Metropoliteni» haqda qərar verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan hökuməti «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.


«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi» təsdiq edilsin.

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin strukturu» təsdiq edilsin.»Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında» 1995-ci il 4 sentyabr tarixli, 197 nömrəli qərarı ləğv edilsin.