vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
15:58 | 4 iyul 2014 | Cümə Məqaləyə 1890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sənədləşmə başlanılır

Qanunsuz tikililərə və evlərə bu ilin sentyabrından «kupça» veriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı sakinlərinin bir qismini narahat edən əsas problemlərdən biri öz həllini tapır. Məlumdur ki, Bakı və ətraf qəsəbələrdə qeyri-qanuni xeyli tikililər mövcuddur. Bu da bir çox hallarda vətəndaşlarla dövlət qurumları arasında ciddi problemə səbəb olur.


Tikililərin dövlət qeydiyyatına düşməsinə isə ciddi əngəllərlə qarşılaşır. Bu problemin həll olunması və paytaxtında qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. Vaxt.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, artıq 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: «Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək, 1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən sənədsiz tikililərin siyahısını tərtib edib».

Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qurumdan bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacaq.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bu ilin sentyabrından Bakı və ətraf qəsəbələrdə bu tip tikililərin sənədləşdirilməsi prosesinin başlanacağını istisna etməyib: «Bununla bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Aldığım son məlumata görə, problemin həlli ilə bağlı komissiya tərəfindən işlər yekunlaşıb. Bununla bağlı ölkə başçısına da yaxın vaxtlarda məlumat veriləcək. Yəqin ki, sentyabrdan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq».

Xatırladaq ki, ölkə başçısı 2010-cu ildə Bakı və ətraf qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının təqdimatına dair keçirilən konfransda bu problemi qaldırıldı. Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq verib.