vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
16:28 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oruc qadağasına açıqlama

Müdafiə Nazirliyi: «İncə və həssas məsələyə sadaladığımız prizmadan baxılması məqsədəuyğundur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində oruc tutan hərbi qulluqçulara nazirlik tərəfindən qadağa qoyulması barədə məlumatlara münasibət bildirib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən vaxt.az-a verilən məlumata görə, nazirliyin bu məsələyə münasibəti ondan ibarətdir ki, hərbi hissələrin komandanlığı valideynləri, ictimaiyyətin nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə dəvət edərək məsləhətləşmələr aparır və onlar hərbi xidmətin spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki, psixoloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsinə cəlb edilirlər.

Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyətinin ağır iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə - yüksək dağlıq, düzənlik-ovalıq şəraitində, düşmənlə üz-üzə təmas xəttində, daim səngərlərdə, postlarda yerləşməsi, daim döyüş növbətçiliyi çəkməsi dini ayinlərin icrasına çətinlik yaradan əsas amil kimi nəzərə alınmalıdır.

Diqqət yetiriləsi məqamlardan biri də odur ki, hazırda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması həyata keçirilir. Bu dövrdə ailə mühitindən ayrılaraq, ordu sıralarına yeni gələn gənclərin fiziki, mənəvi-psixoloji adaptasiya keçməsi, ciddi surətdə əməl olunan günün nizam qaydalarına, həmçinin orqanizmə təsir edən digər amillərə uyğunlaşması vacibdir.

Bu müddətdə həm iqlim şəraiti, həm də ailədən ayrılaraq tamamilə başqa mühitə düşməsi, o cümlədən yeni kollektivdə ünsiyyət qurması kimi fizioloji və mənəvi-psixoloji amillərin gənclərimizə təsiri də mövcuddur.

Müdafiə Nazirliyinin qarşısında duran ən əsas vəzifələrindən biri də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə əlaqədar verilən döyüş tapşırıqlarını vaxtında, dəqiq, düzgün icra edən, silah və texnikanı dərindən bilən, eyni zamanda düşməni məhv etməyə hazır olan, fiziki cəhətdən sağlam, çevik, çətinlikləri məharətlə dəf edən, dözümlü və döyüş əzmi yüksək olan hərbi qulluqçular yetişdirməkdir.

Məlumatda deyilir: «Məhz bu səbəbdən də bu incə və həssas məsələyə qadağa deyil, hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi qulluqçuların sağlamlığının qorunması, təhlükəsizlik və yüksək döyüş hazırlığı prizmasından baxılması məqsədəuyğundur».