Sumqayıtda «İŞİD bayrağı»
Naməlum şəxslər avtomobillərə terrorçuların emblemi əks olunmuş pərdələr taxaraq şəhərdə gəzirlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
ABŞ İŞİD üzərində növbəti qələbəsini elan edib
Mərkəzi Komandanlıq Mahir Əl-Aqalı terror mərkəzi ilə filialları arasında əlaqə quran şəxs adlandırıb
-
İŞİD lideri öldürülüb
Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib
Son günlər Azərbaycanda müşahidə olunan məzhəb gərginliyi fonunda növbəti qızışdırıcı hərəkət qeydə alınıb. Ölkənin 3-cü ən böyük şəhəri olan Sumqayıtda «İraq-Şam İslam Dövləti» (İŞİD) adlanan qruplaşmanın bayraqları müşahidə olunub. Sumqayıtda kimliyi bəlli olmayan şəxslər avtomobillərin arxa şüşələrinə İŞİD-in bayrağına bənzər yazı olan qara pərdə vurub.
Qeyd edək ki, İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda «La ilahə illəllah» («Allahdan başqa Allah yoxdur») yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə «Allahın rəsulu Məhəmməd» (s.ə.s) (və ya «Muhəmmədən Rəsulallah») yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı sirr deyil. Yəni bu günə qədər kimsə Peyğəmbər möhürünü avtomobilinə pərdə olaraq vurmadığı üçün pərdə sahibinin məqsədinin İŞİD-i təbliğ etmək olduğunu demək olar.