vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
21:54 | 15 iyul 2013 | Bazar ertəsi Məqaləyə 1819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ATƏT sədri erməni jurnalistləri pərt elədi

“ATƏT Azərbaycanda keçiriləcək seçkilərdə çox aktiv iştirak edəcək”

AzNews.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün (15 iyul) ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojora Ermənistana səfər edib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanda rəsmi görüşlər keçirən ATƏT sədri məktbuat konfranında jurnalistlərin suallarıı cavablandırıb.

Erməni jurnalisltlər ATƏT sədrinə Azərbaycanla bağlı müxtəlif suallar ünvanlayıblar. Azərbaycanda müxalifət qəzetlərinin qəzyiqlərə məruz qaldığını bildirən jurnalistlərin suallarını Kojora cavablandırmaqdan imtina edib.
“Azərbaycanda müxalifyönlü jurnalistlərə qarşı təzyiqlər edilir. ATƏT bununla bağlı hansı addımlar atacaq”-deyə erməni jurnalistlərin israrla verdiyi suallardan Kojora yaynıb.
ATƏT sədri daha sonra Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışıb.
“Bu yaxınlar da biz Bakıda səfərdə olduq. Orada görüşlərimiz uğurlu alındı. Xüsusən də Azərbaycanda keçiriləcək prezident seçkilərində ATƏT-in mühaşidəçilərinin iştirak etməsi bizi məmnun etdi. Bakı səfərində ATƏT-in Bakı Ofisi ilə bağlı məsələni də müzakirə etdik. İnanıram ki, ATƏT Azərbaycanda keçiriləcək seçkilərdə çox aktiv şəkildə iştirak edəcək”-deyə Kojora erməni jurnalistlərə cavabında bildirib.