vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QARABAĞ  
12:57 | 11 iyul 2014 | Cümə Məqaləyə 2495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər həbs edilən «kəşfiyyatçı»nın şəkilini yaydı

«Profesional diversant»ın üzərindən həvəskar killerin silah-sursatı çıxıb (Fotolar)

MÖVZU İLƏ ƏLAQƏLİ

Qondarma «DQR müdafiə nazirliyi» bu dəqiqələrdə iyulun 9-da Kəlbəcərdə əsir götürülən azərbaycanlının fotolarını yayıblar. Virtualaz.org saytı xəbər verir ki, separatçı rejimin erməni KİV-lərinə ötürdüyü fotoda azərbaycanlı mülki şəxs təsvir olunub. Həmin şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.

Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.

Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır. Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.

Xəbər verildiyi kimi erməni mənbələri iyulun 9-da Azərbaycanın kəşfiyyat-diversiya qrupunun işğal altında olan Kəlbəcər rayonuna daxil olduğunu, hətta oradan Ermənistanın Vardenis rayonuna keçdiyini xəbər veriblər. Azərbaycan kəşfiyyatçılarının sərhədi keçməsi xəbərləri ilə bağlı Vardenis əhalisi arasında böyük panika yaranıb. Ermənistan ordusunun vertolyotları Vardenis üzərində uçuşlar keçirib. Ermənilər onu da bildirirdi ki, diversiya qrupunun bir üzvü Kəlbəcərdə saxlanılıb, qalanları qaçıblar. Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin bu məlumatlarını «yalan və təxribat» adlandıraraq Kəlbəcərdə azərbaycanlı hərbçinin, yaxud mülki şəxsin əsir götürüldüyünü təkzib etmişdi.