vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
11:36 | 12 iyul 2014 | Şənbə Məqaləyə 2778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir tikintidə

«Şəmkirçay» anbarı 4 rayonun su problemin tamamilə həll edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qarşıya qoyduğu tapşırıqlara müvafiq olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkirçay su anbarının tikinti işləri ilə tanış olub.

Nazirə məlumat verilib ki, ümumi su tutumu 170 milyon kubmetr, faydalı həcmi 145 milyon kubmetr olacaq su anbarının tikintisində məqsəd Şəmkirçayın su ehtiyatlarından səmərəli istifadə etməklə bölgədə yaşayan əhalinin və əkin sahələrinin suya olan tələbatının tam təmin edilməsidir. Eyni zamanda, ucuz enerji istehsalı və yeni suvarma kanallarının tikilməsi ilə əkinə yararlı sahələrdən səmərəli istifadə olunacaq. Su anbarının tikintisinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.  

Layihə başa çatdırıldıqdan sonra «Şəmkirçay» su anbarına yığılan su ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında  50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcək. Bununla yanaşı, Gəncə şəhərinə, Samux və Şəmkir rayonlarına saniyədə 1.6 kubmetr içməli su veriləcək.

Nazir layihə çərçivəsində inşa edilən hidroelektrik stansiya, qidalandırıcı kanal, sol sahil Şəmkirçay və sağ sahil Şəmkirçay kanallarının tikintisi prosesi ilə də tanış olub. K.Heydərov podratçı şirkət olan Türkiyənin «Çengiz» İnşaat Sənaye və Ticarət Anonim Şirkəti və nazirliyin qurumlarının rəhbərlərinə işlərin layihəyə uyğun keyfiyyətli  tamamlanması istiqamətində tapşırıq və tövsiyələrini verib.