vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QƏZA, FACİƏ  
11:58 | 8 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 3213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü

Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Baş Prokurorun müavini Rüstəm Usubov və Abşeron rayonunun icra başçısı Zakir Həsənov hadisə yerinə baş çəkiblər.

Hazırda partlayış baş verən əraziyə qazıntı aparmaq üçün ağır texnika cəlb olunub.

Eyni zamanda ərazidə FHN-in xeyli sayda texnikası, canlı qüvvəsi və təcili tibbi yardım maşınları var.

Bildirilir ki, dağıntılar altında daha 3-4 nəfər var. Hazırda onların xilas edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. Məlumata görə, uçqun altında qalanların yerinin müəyyən edilməsi üçün axtarışa FHN-in xüsusi itləri də cəlb olunub. 

Bu dəqiqələrdə 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

 

***

 

Bu gün səhər saat 7 radələrində Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışın səbəbi məlum olub.

AzVision.az hadisə yerində olan əməkdaşının verdiyi məlumata gör, ilkin ehtimala görə partlayışa qaz sızması səbəb olub.