«Heç bir məntiqə sığmır»
Üzeyir Cəfərov: «Açıq etiraf etdilər ki, «güclü ordu»ları hansı səviyyədədir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
«Ermənistan tərəfi əsr götürdüyü vətəndaşımızla bağlı yaydığı yalan məlumatla növbəti dəfə özünü çox gülünc və çıxılmaz vəziyyətə saldı». Bu fikri Hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilərin yaydıqları məlumat fiaskoya uğradı:
«İndi biz bu faktın özündən də kifayət qədər düşmənə zərbə vurmaq üçün istifadə etməliyik. Əvvəla, erməni mənbələri iyulun 9-da Azərbaycanın hansısa kəşfiyyat-diversiya qrupunun işğal altında olan Kəlbəcər rayonuna daxil olduğunu bildirirdi. Burada 2 maraqlı məqam var. Birincisi, ermənilər özləri açıq şəkildə etiraf edirlər ki, onların «güclü ordusunun» səviyyəsi hansı vəziyyətdədir ki, bizim mülki vətəndaşlarımız işğal altında olan Kəlbəcər rayonuna belə gedib çıxa bilirlər. İkinci nüans isə ondan ibarətdir ki, Ermənistan tərəfinin ortaya qoyduğu «əşyayi-dəlillər» heç bir normal məntiqə sığmır. Kəşfiyyat-diversiya qrupunu bu şəkildə təqdim etmək, yalnız erməni kimi ağılsızın beyninin məhsulu ola bilərdi».
Ekspertin sözlərinə görə, bu hadisə Ermənistan sərhədinin qorunmadığının göstəricisidir:
«Düşünürəm ki, Ermənistan tərəfinin özünün gücsüzlüyünü bu şəkildə etiraf etməsi çox dərin mətləblərdən xəbər verir. Əgər adi bir sürücü «Azərbaycan kəşfiyyatçısı» kimi sərhədi keçməyi bacarırsa, deməli, sabah bu işi bizim peşəkar hərbçilərimiz ən yüksək səviyyədə həyata keçirə bilərlər. Serj Sərkisyanın və Seyran Ohanyanların təriflədikləri Ermənistan ordusunun «gücü və qüdrəti» ortadadır. Ermənilərin növbəti yalan və təxribat xarakterli hərəkətləri, onları daha da pis vəziyyətə qoyacaq. İndi əsas məsələ, rəsmi qurumların Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğlunu ermənilərin cəngindən tezliklə xilas etməsidir. Çünki Ermənistan tərəfi Mamiko Xocayanla bağlı uydurduğu təxribatı bizim vətəndaşımızın başına gətirmək istəyirlər. Ona görə də Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələdə bir qədər fəal olmalıdır».
Qeyd edək ki, artıq Rəsmi Bakı məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.