Erməni zabit qadınla diversant ovuna çıxıb?
Kəlbəcərdə öldürüldüyü deyilən «azərbaycanlı diversant»ın fotosu yayıldı
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Qondarma «DQR müdafiə nazirliyi» Kəlbəcərdə öldürüldüyü iddia olunan «azərbaycanlı diversant»ın, habelə ona aid olduğu bildirilən silah-sursatın fotosunu yayıb. Lakin həmin şəxsin kimliyi barədə hər hansı məlumat yoxdur.
Epress.am saytının xəbərində deyilir ki, iyulun 11-də axşam Kəlbəcər rayonunun Ermənistanın Qeqarkunik rayonu ilə sərhədində «azərbaycanlı diversant» içərisində bir hərbçi və bir qadın olan «Niva» avtomobilinə atəş açıb. Nəticədə hərbçi ölüb, qadın isə ağır yaralanıb. Yaralı erməni qadın vertolyotla İrəvan qarnizon hospitalına aparılıb. Vardenisdəki mənbələr «Niva»ya atəş açanların «azərbaycanlı diversantlar» olduğunu bildirib. Məlumata görə maşında dörd nəfər olub və atışmada «azərbaycanlı diversant» öldürülüb. Vardenis sakinləri arasında belə şayiələr dolaşır ki, diversiya qrupunun qalan üzvləri hələ də Qarabağla Ermənistan arasındadır.
Xəbər verildiyi kimi erməni mənbələri iyulun 9-da Kəlbəcərdə «diversant» kimi təqdim etdikləri Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunu tutduqlarını açıqlayıblar. Daha sonra həmin şəxsin fotosu və ona aid olduğu iddia edilən silah-sursatın görüntüləri yayılıb. Azərbaycan tərəfi bildirib ki, Kəlbəcərdə saxlanılan şəxs hərbçi deyil, Bakıda yaşayıb və yük maşını sürücüsü işləyirdi.
Erməni mənbələri Kəlbəcərdə iki azərbaycanlı «diversant» gördüklərini, onlardan birinin saxlanıldığını, digərinin qaçmağa imkan tapdığını açıqlamışdılar. Bu gün isə Ermənistan müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə «azərbaycanlı diversantların qrupunun» zərərsizləşdirilməsi əməliyyatı zamanı bir zabitin öldürüldüyünü, bir nəfərin isə yaralandığını, habelə azərbaycanlı «diversant»ın atışmada zərərsizləşdirildiyini bildirib.
Vaxt.az-ın xüsusi qeydi: Ohanyanın dediyindən belə çıxır ki, erməni mayor bir qadını yanına salaraq diversant ovuna çıxıbmış. O ki qaldı yayılan şəkildəki silah sursata heç bir diversant əldə düzəlmə qəssab bıçağı ilə əməliyyata getmir. Başqa yaraqlara baxanda binokl (Böyük Vətən Müharibəsindən qalan), 2 ədəd «F1» qumbara və bir avtomat darağı (azı 3 ədəd olmalıdır) barmaq sayı qədər güllə. Halbuki bütün hərbiçilər bilir ki, qumbara mühasirədən çıxmaq üçün yeganə vasitə olduğu üçün kəşfiyyatçılar daxil olmaqla döyüşə gedənlər bu sursatı çox sevir. Əməliyyat zamanı mobil telefondan istifadə ümumiyyətlə qəti qadağandır. Çünki müasir radar qurğuları mobil telefonla danışıqdan tutmuş, danışanın koordinatlarına qədər hər şeyi dəqiq tapır. Bundan başqa Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi hissələrdə (xüsusən təmas xəttində) mobil telefon qəti qadağan olunub. Burda isə iki telefon, 2 əlavə batareya və onların adapteri. Soruşmaq ayıb olmasın, «kəşfiyyatçı» telefonu harada «zaryadka»ya qoyacaqdı? Digər tərəfdən kəşfiyyatçılar döyüş yerində öz yoldaşlarının yarağını, imkan daxilində cəsədini və yaralı düşmən saxlamırlar.
Sonda qayıdaq «diversantın» şəklinə. Bu şəklidəki gülən halda çəkilmiş bir azərbaycanlıdır. Böyük ehtimalla internetdən tapılıb və çox kiçik halda verilib ki, üz cizgiləri dəqiq bilinməsin. Sual yaranır. Əgər diversantı ölmüş halda tapıblarsa, onun təbəssümlü şəklini necə əldə ediblər? Yoxsa kəşfiyyatçı öləndə gülübmüş? Uzun sözün qısası, bu diversant oyunu ermənilərin qeyri-professional uydurmasıdır və özləri üçün pis nəticələnəcək.
Bugünkü hadisəyə gələndə yaralı qadın və öldürülmüş zabit şübhələnməyə əsas verir ki, bu erməni hərbçilərin pozğun həyat tərzinin qanlı sonluğudur. Olayı ört-basdır eləmək üçünsə azərbaycanlı «diversant» ssenarisi yaxşı maskalanma vasitəsidir.