vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
19:22 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1419 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni əsirlərin taleyi İrəvanı maraqlandırmır

İşğalçılar Kəlbəcərdə tutulan azərbaycanlılara divan tutacağını elan etdi: Bakı nə cavab verəcək?

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib. Virtualaz.org saytı xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyi bu şəxslərin «hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər barədə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini» bildirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, indiki halda «Hərbi əsirlərlə rəftar» barədə Cenevrə konvensiyasının 4-cü maddəsi bu şəxslərə şamil edilə bilməz.

«Təkzibedilməz sübutlar var ki, biz əslində Azərbaycan rəhbərliyi tərəfindən ələ alınan və istifadə olunan cinayətkar qrupla üz-üzəyik. Zərərsizləşdirilən cinayətkar qrupun üzvlərinin heç bir fərqləndirici nişanları olmayıb. Onlar müharibə ənənələri və qanunlarına dair beynəlxalq normaları kobud şəkildə pozublar, mülki əhaliyə qarşı qəddar və qeyri-insani həmlə ediblər» - deyə bəyanatda bildirilir.

Azərbaycanlı mülki şəxslərin Azərbaycanın  işğal olunmuş ərazilərində «mülki əhaliyə qarşı qeyri-insani və qəddar həmləsi» dedikdə nə nəzərdə tutulduğu açıqlanmır. Ən azından iki mülki şəxsin Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilər arasında kütləvi qətliam həyata keçirdiyinə dair məlumat yoxdur.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, «zərərsizləşdirilmiş diversiya qrupunun» üzvlərinə qarşı sərhədi qanunsuz keçmək, qətl, qətl törətməyə cəhd, xüsusi mühafizə olunan obyektlərin fotosunu çəkmək cəhdi və s. maddələr üzrə cinayət işi qaldırılacaq.

«Zərurət yaranarsa, onların əməllərinə dair müvafiq sənədlər beynəlxalq strukturlara təqdim edilə bilər» - deyə Müdafiə Nazirliyinin bəyanatda bildirilir.

Epress.am saytı hələlik ad-familiyası açıqlanmayan «ikinci diversant»ın bu gün günorta saatlarında Kəlbəcərlə Ermənistanın sərhədi yaxınlığında tutulduğunu xəbər verir. Bildirilir ki, o, əvvəlcə yaralanıb, daha sonra ələ keçirilib.

Məlumatı Ermənistanın Vardenis rayonundakı mənbə verib. Onun bildirdiyinə görə, yaralı azərbaycanlını İrəvana aparacaqlar. Vardenis erməniləri hesab edirlər ki, «azərbaycanlı diversantlardan» hələ də qalanı var. Bildirilir ki, «diversiya qrupunun» üzvlərinin axtarışına Ermənistan ordusunun bölmələri və vertolyotlar cəlb edilmişdi.

Qondarma «DQR müdafiə nazirliyi» isə «azərbaycanlı diversantların zərərsizləşdirilməsi əməliyyatının başa çatdığını» elan edib. Erməni mənbələri onu da xəbər verir ki, «diversiya qrupunun» üçüncü üzvü iyulun 11-də Kəlbəcər-Vardenis yolunda atışmada öldürülüb.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin bəyanatından məlum olur ki, işğalçı ölkə Azərbaycanın işğal altındakı ərazilərində əsir aldıqları iki mülki azərbaycanlıya divan tutmağa hazırlaşırlar və onlarla hərbi əsirlər kimi davranmaq niyyətində deyillər. Bu isə əsir götürülən azərbaycanlıların dəyişdirilməsi və indiyədək Azərbaycan tərəfinin etdiyi kimi geri qaytarılmasını istisna edir. Bu da Azərbaycana qarşı açıq şəkildə meydan oxumaqdır və rəsmi Bakı Ermənistanın bu azğınlığına dərhal adekvat cavab verməlidir.

Bu cavab nədən ibarət ola bilər?

Birincisi, rəsmi Bakı bəyan edə bilər ki, Azərbaycanın işğal altındakı ərazilərinə keçmiş iki mülki şəxsi «cinayətkar» elan etmək beynəlxalq normaların kobud şəkildə pozulmasıdır. Çünki bu şəxslər hətta silahlı olsalar belə Azərbaycan ərazisində işğalçı qüvvələr tərəfindən tutulublar, deməli, hərbi əsir sayılırlar.

İkincisi, Azərbaycanın əlində bir neçə erməni mülki şəxs və hərbi əsir var. Rəsmi Bakı xəbərdarlıq etməlidir ki, Ermənistan iki mülki şəxsə qarşı əsir və girov götürülmüş şəxs kimi davranmasa, Azərbaycanda saxlanılan əsir və girov ermənilərin sonrakı taleyinə görə məsuliyyət daşıyacaq.

 

***

Qeyd edək ki, erməni tərəfi girov götürdüyü daha bir azərbaycanlının fotosunu yayıb. Guya bu gün günorta işğal altında olan Kəlbəcər rayonunda «erməni qüvvələri ikinci bir diversantı da zərərsizləşdiriblər».

Şəkildən mülki şəxs olduğu aydın görünən, təxminən 50 yaşında olan şəxsin fiziki qüvvə tətbiq edilmədən mühasirəyə alınaraq ələ keçirildiyi deyilir. Onun ad-soyadı açıqlanmır.