İsrailin kürd dövləti ideyası
Ərdoğanın kürdlərin müstəqillik davasına laqeyd münasibətinin maraqlı tərəfləri üzə çıxıb
RUSLAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
«İraqda siyasi böhran məzhəblərarası münaqişənin müharibə ilə nəticələnməsinə səbəb oldu. Proseslər ölkənin parçalanmasına, Kürdüstan dövlətinin yaranmasına səbəb ola bilər. Amma ABŞ hələ ki, bununla bağlı razılığını verməyib. Ağ Ev sözdə İraqı «bütöv və güclü» görmək istəyir. Digər tərəfdən isə kürdlərə dəstək verir. Bu ziddiyyətli siyasəti anlamaq çox çətindir. Ümumiyyətlə, bu günki İraq Qərbin arzuladığı və görmək istədiyi bir ölkədir».
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli İraqda Kürdüstan dövlətinin yaranma ehtimalına dair suala cavab olaraq bildirib.
Onun sözlərinə görə, İraqın şimalını ələ keçirən «İraq Şam İslam Dövləti» «Yaxın Şərqin yeni xəritəsi»ni dəyişə biləcək: «Suriya və İraqda kürdlərin kompakt yaşadığı ərazilərdə muxtar kürd vilayətinin yaradılması layihəsi tarixən var və Qərb buna dəstək verir. İsrail baş naziri Benyamin Netanyahunun kürd dövlətinin yaradılmasını dəstəkləməsi ilə bağlı fikirləri də var. İsrailin Kürdüstan dövlətinin yaradılmasına dəstək verməsi təsadüfi deyil. Ərdoğan açıqlamasında bildirib ki, İsraillə Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün Təl-Əviv qarşısında üç şərt qoyulub. Barak Obama İsraillə münasibətləri nizama salmaq üçün Ərdoğana şəxsən telefon açıb. Ərdoğan şərtlər irəli sürüb. Birinci şərt «Mavi Mərmərə» gəmisində baş verən olayla bağlı İsrailin Türkiyədən üzr istəməsidir. İkinci şərt həmin məsələyə görə kompensasiyanın ödənilməsidir. Üçüncüsü, İsrailin Fələstinə qarşı blokadanı aradan qaldırmasıdır. İsrail bunlardan ikisini yerinə yetirib. Üçüncü qalıb. Çox güman ki, Təl-Əviv blokadanı aradan qaldırmayacaq və deməli, İsrail-Türkiyə münasibətləri normallaşmayacaq. İsrail başa düşür ki, onun fələstinlilərə qarşı apardığı qeyri-insani siyasətin qarşısını yalnız Türkiyə ala bilər. Ankara bu məsələdə olduqca prinsipialdır. Bunu görən Təl-Əviv bölgəfə Kürdüstan dövlətini yaratmaqla türkləri zəiflətmək, təzyiqlərini başqa səmtə yönəltmək istəyirlər. İraqdakı Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani qəti şəkildə bildirib ki, vahid İraq dövləti geridə qalıb. Bərzaninin müavinləri bir müddət öncə Kürdüstan dövlətinə dəstək almaq üçün ABŞ-a səfər etmişdilər.
Amma onlar məyus halda geri döndülər. Benyamin Netanyahu bu arada kürdlərə təriflər yağdırmaqla məşğuldur. O, Yaxın Şərqdə Kürdüstan dövlətinin yaradılmasının tərəfdarı olduğunu deyib. Bildirib ki, müstəqil kürd dövlətinin yaranması regionun təhlükəsizliyi deməkdir. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri ilə görüşdə İsrail xarici işlər naziri Aviqdor Liberman müstəqil kürd dövləti məsələsini müzakirə edib».
Q.Hüseynli hesab edir ki, İraqda Kürdüstan dövlətinin yaradılması istiqamətində aparılan siyasətə Türkiyənin seyrici mövqe nümayiş etdirməsi hakimiyyətdə olan AKP-nin Maliki hakimiyyətini bəyənməməsi ilə bağlıdır: «Şiə təriqətindən olan Maliki sünniləri hakimiyyətdən tam uzaqlaşdırdıqdan sonra Ərdoğanın ona qarşı münasibəti pisləşdi. Ərdoğan indi Malikiyə qarşı olan qüvvələri ya tam dəstəkləyir ki, ya da onların hərəkətlərinə seyrici mövqe nümayiş etdirir».