Kəlbəcərdə nə baş verib?
Öldürülmüş və girov soydaşlarımız torpaqlarımızı bizə yaxınlaşdırdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Ermənistan mətbuatı bir neçə gündür Azərbaycanın Kəlbəcər rayonunda girov götürülən iki Kəlbəcər və bir Cəbrayıl sakini barədə məlumatları özlərinə sərf edən təqdimatla dünyaya sırıyırlar. Əslində Kəlbəcərdə nə baş verib? Erməni tərəfinin iddia etdiyi kimi, doğrudanmı bu 3 nəfər partizan dəstəsi olub?
Əvvəla onu bildirək ki, girov götürülən kəlbəcərlilər - Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən video çəkilişlər edirdilər. Məhz həmin videosüjetlər vasitəsilə insanlar öz yurd yerlərinin son vəziyyətindən xəbər tuturdular.
Şübhə yoxdur ki, bu dəfə də dostların Kəlbəcərə gedişi eyni məqsədi daşıyıb. Heç şübhəsiz ki, onların zaman-zaman çəkdikləri videosüjetləri “YouTube” videoşəbəkəsində ermənilər də izləyiblər. Bu, onlar üçün heç cür xoş ola bilməzdi. Məhz buna görə də ermənilərin Kəlbəcərdə bütün keçidləri möhkəmləndirmələri real görünürdü. Ancaq girov düşən soydaşlarımız bunu bilməmiş deyildilər.
Ona görə də hər dəfə Kəlbəcərə başqa səmtlərdən getmələri mümkün idi. Ancaq necə olursa, bu dəfə onların doğma yurd yerlərindən videoçəkilişlər etmək niyyətləri boşa çıxır. Məsələ burasındadır ki, bu barədə məlumat verməzdən öncə erməni mətbuatı bu ölkənin Müdafiə Nazirliyinə istinadən guya, hansısa partizan dəstəsinin Kəlbəcərdən Göyçə tərəfə keçdiyi barədə məlumat yayırlar.
Bu xəbərin üstündən bir neçə gün keçəndən sonra isə Ermənistan Kəlbəcərdə bir nəfərin əsir götürüldüyünü, bir nəfərin isə öldürüldüyü barədə məlumatı dövriyyəyə buraxırlar. Üstündən daha bir gün keçəndən sonra isə məşhur Dilqəm Əhmədovun girov götürülmə səhnəsini yayırlar. Belə görünür ki, bu hadisə ən azı 7-8 gün öncə baş verib. Bir nəfərin ölümü, iki nəfərin girov götürülməsi Azərbaycan üçün böyük itkidir.
Amma məsələnin Azərbaycan üçün müsbət tərəfi də var. Bu da ondan ibarətdir ki, bu 3 nəfər bizlərə xeyli uzaq görünən, zamanın diktəsi ilə bizlərdən uzaqlaşan Kəlbəcəri bizlərə çox yaxınlaşdırdı. Hətta bir anlıq hər kəs xəyalən də olsa, Kəlbəcərə getdi... Təkcə buna görə Sizə minnətdarıq əziz yurdsevər soydaşlarımız... Siz öz adınızı Atəşkəs Dövrünün Qəhrəmanları siyahısına yazdınız. Biz Sizə borcluyuq, Vətənin Böyük Qəhrəmanları...