Yersiz gəldi, yerli qaç?
Öz doğma torpağında doğmalarının məzarını ziyarət nə vaxtdan cinayət olub?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün mətbuat konfransı keçirərək Kəlbəcərdə atalarının qəbrini ziyarət edən azərbaycanlıların saxlanması ilə bağlı danışıb.
ANS PRESS-in məlumatına görə, erməni nazir tutulmuş azərbaycanlıların diversant olduğunu iddia edib. Hətta Azərbaycanın işğal edilmiş ərazisinin sakini olan azərbaycanlıları Ermənistan qanunları ilə və beynəlxalq normalarla mühakimə edəcəklər. Amma «bizim qanunlara görə onlar cinayət törədiblər» deyən nazir Kəlbəcərdə doğulmuş və hazırda Rusiyada yaşayan azərbaycanlının Ermənistana aid olmayan doğma kəndinə, atasının qəbrini ziyarət etmək üçün getdiyinə görə hansı beynəlxalq normanı pozduğunu deyə bilmir. Yəni Ermənistana aidiyyəti olmayan əraziyə getmək nə vaxtdan beynəlxalq normaların pozulması olduğu izah edilmir.
Seyran Ohanyan ermənilərin Azərbaycanın silahlanmasından narahat olması məsələsinə də toxunub. «Bütün bunlar bizi narahat edir» deyən erməni nazir yenə də əsas ümidlərini Rusiyaya bağladıqlarını bildirib.