vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
20:38 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç bir diversiyadan söhbət gedə bilməz»

Kəlbəcərli girovun ailəsi »Qırmızı Xaç»a müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dilqəm Əsgərovun ailəsi onun diversant olduğu barədə yayılan xəbərləri təkzib edib. AzVision.az xəbər verir ki, bu barədə APA-ya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Onun sözlərinə görə, atasının Ermənistan tərəfindən saxlanılması barədə xəbəri internetdən oxuyub: «Atam həmişə Rusiyaya gedib-gələn adam olub. Biz elə bildik ki, yenə Rusiyaya gedib. Sonra internetdən öyrəndik ki, atam öz doğulub boya-başa çatdığı Kəlbəcər rayonuna gedib. Yəni heç bir diversiyadan söhbət gedə bilməz».

D.Əsgərov atasının saxlanılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etdiklərini söyləyib.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur.