vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
22:00 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Girovların mühakiməsi yolverilməzdir»

Hüquqşünas: «Kəlbəcərlilər öz vətənlərinə gediblər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İki kəlbəcərlinin girov götürülməsi onların mühakimə olunmasına rəvac vermir. Çünki beynəlxalq hüquqi normalara uyğun olaraq bu, yolverilməzdir». Bunu Modern.az-a Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əlməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, işğalçı dövlət girovlarla münasibətdə diqqətli olmalıdır: »Əvvəla, beynəlxalq humanitar hüququn prinsipləri var. Cenevrə Konvensiyasına görə mülki əhali müdafiə olunur. Bundan başqa, girov götürülən kəlbəcərlilər öz vətənlərinə gediblər. Ona görə girovlar mühakimə oluna bilməzlər.  Əgər  mülki şəxs sərhədi qeyri-qanuni keçsə idi, bu başqa söhbət olardı. Bizim həmvətənlərimizin məsələsi isə fərqlidir».

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikası Prokurorluğu bir neçə gün öncə girov götürülən azərbaycanlılar - Şahbaz Quluiyev və Dilqəm Əhmədova qarşı cinayət işi açıblar. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onların üzərindən döyüş silahları və mərmilər aşkar olunub. Əmliyyat zamanı öldürülən 3-cü azərbaycanlı barəsində məlumatlar dəqiqləşdirilir. Hazırda azərbaycanlı girovlar Xankəndində Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılırlar.