Erməni kəşfiyyatçıları girovları müdafiə etdi
Hökumətlərini isə tənqid atəşinə tutdular
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Bir neçə gündür ki, Ermənistan mətbuatı, guya Ermənistan xüsusi təyinatlılarının Azərbaycan diversiya qrupunu ələ keçirdiyi barədə məlumatlar dərc edir. Kəlbəcər rayonu ərazisində Ermənistan xüsusi təyinatlıları tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin diversant kimi təqdim olunması, Ermənistan hökumətinin hadisəni diversiya fəaliyyəti kimi adlandırması, ehtiyatda olan sabiq erməni kəşfiyyatçılarının da ciddi narazılığına səbəb olub.
Hadisəni diversiya fəaliyyəti kimi adlandıran erməni hökumətini lağa qoyan Ermənistanın «Veteran kəşfiyyatçılar» Birliyinin rəhbəri Suren Karapetyan, birliyin üzvü Artur Binyatyan, Qornidzor dəstəsinin komandiri olmuş Ara Xudaverdiyan və erməni jurnalisti vəziyyəti birgə dəyərləndirərkən, Ermənistan hökumətinin bu hadisəyə diversiya fəaliyyəti donu geyindirməsini gülməli adlandırıblar. Hadisələri şərh edən kəşfiyyatçılar bildiriblər ki, hökumətin diversant kimi təqdim etdiyi qoca kişini yaşlı bir qadın aşkar edib və onun azərbaycanlı olduğundan şübhələndiyini bildirib. Amma Ermənistan Müdafiə Nazirliyi özünü reklam edir ki, guya işləyir, əks-kəşfiyyat işi ilə məşğuldur, və guya onlar diversiya qrupunu aşkar ediblər. Erməni kəşfiyyatçılar bildiriblər ki, hökumət bununla öz avtoritetini artırıb, xalqa guya işlədiyini və onların təhlükəsizliyini təmin etdiyini göstərməyə cəhd edir. Özü də bunu əhalini Azərbaycan kəşfiyyatı, diversiyası ilə qorxudub təşvişə salmaqla həyata keçirir.
Həbs olunmuş şəxslərdən birinin üzərində Azərbaycan bayrağının olmasını xüsusilə vurğulayan erməni kəşfiyyatçıları bildiriblər ki, təkcə bu amil onu deməyə əsas verir ki, həmin şəxslər nə kəşfiyyatçı, nə də diversant deyil. Çünki heç bir ölkənin diversantı və ya kəşfiyyatçısı üzərində aid olduğu dövlətin bayrağını gəzdirmir.
Erməni kəşfiyyatçıları həmçinin, hadisələrə diversiya donu geyindirən, başı Ermənistan dövlətini talamağa, məşuqələrinə qarışan hökuməti tənqid edərək ələ salıblar.