Maşın alverçiləri çətin durumda
Türkiyənin qəfil addımı yüzə yaxın soydaşımızı çıxılmaz vəziyyətə salıb
anspress.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
250 min sərmayəyə “qızıl viza”
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
-
Ciddi təhlükə ilə üz-üzə
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
-
Bu il yanğınların sayı 50 faiz artıb
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
-
Minlərlə ölü balıq dənizi bürüdü
Yunanıstan sahillərində görünməmiş təbii fəlakət
-
“Vaqner” qrupuna aid vəsiqə
Motosiklet qəzasına düşən digər rusiyalının üzərindən isə tapança çıxıb
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
AB-dən özünütənqid hesabatı
“Sərhədlərində miqrantlara qarşı insan haqları pozuntusu faktları effektiv şəkildə araşdırılmır”
-
Hidrogenlə 840 kilometr
Yanacaqsız hava səyahətində “mərhələ” addımı
-
Yanan da yunan, yaman da
72 yaşlı qocaya 37 ay həbs cəzası verilib
-
Yunanıstan Kiprdə dəniz bazası tikəcək
İki müdafiə naziri razılığa gəlib
-
Moskva Afinaya qəzəblidir
Yunanıstan “F-16”lar üçün yeni formul tapıb
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
Yunanıstan “bişir”
“Afrika tozu” isti küləklərlə bərabər zəhərli hava da gətirir
Yüzə yaxın Azərbaycan vətəndaşı Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala sərhəd-keçid məntəqəsində çıxılmaz vəziyyətə düşüb. Yaxın qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, bunlar əsasən Almaniyadan işlənmiş avtomobillər gətirən maşın alverçiləridir.
"Türkiyə tərəfi gözlənilmədən hər avtomobil üçün 600 avro torpaqbasdı rüsumu tələb etməyə başlayıb. Əgər avtomobilin içərisində yük varsa 600 avro da ona istəyir. Maşın alverçilərinin heç birində bu qədər pul yoxdur, çünki üstlərində əvvəlcədən bunun üçün pul saxlamayıblar. Əksəriyyətinin pulu yoxdur, yalnız İstanbulda tanışları olanlar onlardan borc alaraq vəziyyətdən çıxa bilirlər",- deyə yaxın qohumu İpsalada ilişib qalmış Tahirə Hüseynova ANS PRESS-ə bildirib.
İtaliya-Yunanıstan bərəsi ilə yeni dəstə maşın alverçilərinin gəlməsi vəziyyəti bir qədər gərginləşdirir. Sərhədi keçə bilməyən alverçilərin gecələmək və qidalanmaqla bağlı da problemləri yaranıb.
Qeyd edək ki, azərbaycanlı maşın alverçiləri işlənmiş avtomobilləri əsasən Almaniyadan gətirirlər, ən kəsə yol kimi İtaliya - Yunanıstan - Türkiyə - Gürcüstan yolunu seçirlər. Bu, həm də ən təhlükəsiz marşrutdur. Alternativ marşrut olan Şərqi Avropa yolu daha çox ölkədən keçir, həm yolları narahatdır.