vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MEDİA-QHT  
20:48 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2898 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik gücləndirilmiş iş rejiminə keçdi

Sayt sahibləri kiberhücumlarla bağlı RYTN-ə müraciət edə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə növbəti xəbərdarlığını edib.

Modern.az xəbər verir ki, ETM-in son günlər cəbhədə yaranmış gərginliyin «informasiya müharibəsi»ndə də özünü büruzə verdiyini bildirib. Belə ki, Azərbaycan veb-resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır. «Mövcud şərait nəzərə alınaraq, yerli informasiya resurslarının sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi məsələsi gündəmdədir».

ETM-dən o da bildirilir ki, Azərbaycan informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: «Belə ki, Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə müraciət etmək üçün ETM-in «qaynar xətt»indən (1654), e-poçt  ünvanlarından («[email protected]» və ya www.cert.az) faydalana bilərsiniz».