«Bu yolverilməzdir!»
«Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi texnikaların şəklinədək çəkərək saytlara yerləşdiriblər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Müraciət, nədənsə, boş qalır”
Əflatun Amaşov hesabata etiraz etdi
-
Bakı müharibə hazırlıqları içində
General-polkovnik nazirimizin səfərində iki hədəf
-
«Albert Aqarunov İsraillə Azərbaycanın dostluq rəmzlərindən biridir»
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
-
Azərbaycan müdafiə naziri İsrailə getdi
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
-
«Böyük perspektivlər var...»
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
-
«İsgəndər»in buynuzu yoxmuş...
İrəvanın ermənilər üzərində qurduğu duman dağılır
-
Müdafiə nazirinin müsahibəsi Ermənistana xəbərdarlıqdır
Ekspertlərin fikrincə, Zakir Həsənov sərrast şəkildə lazımi hədəflərə toxunub
-
«Hamı gücə «stavka» edir»
Zakir Həsənov: «Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yardıq»
«Cəbhə bölgəsindən xəbər verən jurnalistlər bəzən özləri də bilmədən düşmən tərəfi məlumatlandırırlar. Çox təəssüf ki, bir neçə gün öncə cəbhə xətindən verilən xəbərlərdə hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəlilədiyi fotolarla açıq-aşkar internet saytlarda yerləşdirilmişdi».
Bu sözləri movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı söyləyib. Onun sözlərinə görə, bəzi saytlarda hətta hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin ünvanı da dəqiqliklə göstərilib ki, bu da hərbi sirrinin qorunması baxımından yolverilməzdir: «İndi jurnalistlərin demək olar ki, hamısının əlində mobil telefon, çəkiliş aparmaq üçün texniki avadanlıq var. Cəbhə bölgəsinə yollanan jurnalistlər hərbi texnikaların şəklinədək çəkərək saytlara yerləşdiriblər. Bu, qətiyyən yolverilməzdir. Bəzi mətbu orqanlar cəbhə bölgəsindən yalnış məlumat verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıblar. Biz onlara deyirik ki, belə vəziyyətlərdə jurnalistlər vətəndaş mövqeyindən çıxış etməli, hər bir məlumatı Müdafiə Nazirliyindən dəqiqləşdirdikdən sonra yaymalıdırlar».
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da cəmiyyətə yanlış informasiya ötürən, hərbi hissələrin, hərbi texnikanın sayınadək dəqiq informasiya yayan mətbu orqanları qınayıb. Movqe.az-a danışan. Ə.Amaşov bildirib ki, mətbuat bu məsələdə həssas olmalı, milli maraqlardan çıxış etməlidir: «Jurnalistikada xəbərləmə önəmli olsa da, cəbhə bölgəsi ilə bağlı veriləcək hər bir informasiya Müdafiə Nazirliyi ilə dəqiqləşdirildikdən sonra yayılmalıdır. Bundan əlavə jurnalistlərin döyüş texnikasının sayı, hansı istiqamətə yerdəyişməsi barədə məlumatlar verməsi qətiyyən yolverilməzdir. Jurnalistlər anlamalıdırlar ki, düşmən tərəf Azərbaycanda saytları anbaan izləyir, ən dəqiq məlumatları mediadan əldə edir. Ona görə də, bu məsələdə həssas olmalı, hərbi sirlərin düşmənin əlinə keçməsinə xidmət edən məlumatları yaymamalıdırlar».