Əmanətlərin sığortalanma məbləği artırıla bilər
Azad Cavadov: «Dəyişikliklərlə əlaqədar bu məsələ müzakirələrin gündəliyinə salınacaq»
SEVİNC
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
-
«12-sinin birləşdirilməsi çox önəmlidir»
Vüqar Bayramov: «Bankların sayının azalması gündəmdədir»
-
Şənbə gününün «kabusu» yenə baş qaldırdı
Devalvasiya olacaqmı?
-
Elman Rüstəmovun müavini niyə istefa verib?
Yerinə kim gələcək?
-
Əmanətlərin Sığortalanması Fondunun rəhbərini niyə dəyişdilər?
... Və ya yeni rəhbərlə bağlı gözləntilərim
-
Konstitusiya Məhkəməsinin son qərarının pərdəarxası
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
-
Bank məcəlləsi nə vaxt qəbul ediləcək?
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
-
Kreditorlar komitəsinin qalmaqallı iclası
Azad Cavadovun maskası düşdü...
-
«Əsas etimadın bərpa olunmasıdır»
«Bloomberg»: «Manatın təzədən özünə gəlmək şansı var, amma... »
-
Növbəti kəskin ucuzlaşma gözlənilir
Banklar dolları 1.70 manatdan alır
-
Deputat Mərkəzi Bankı topa tutdu
«Əhaliyə əziyyət verib, pul qazanırlar»
-
Hakimiyyət minlərlə vətəndaşla üz-üzə qoyulur
Ölkədə maliyyə xaosu yaradıb milyonları talayanlar kimlərdir?
-
«Geri qaytarılması mümkün deyil»
Ekspert «dollar kreditlərini» «ümidsiz kredit» adlandırdı
-
Şərifovun yeni qurbanı
«Buta»dakı toy niyə təxirə salındı?
-
Banklar sürətlə «sovuracaq»
ARDNF-dən Mərkəzi Banka ayrılacaq 7,5 milyardı manat və...
-
Manatın taleyi necə olacaq?
Liberal üzən məzənnəyə keçiləcəkmi və 7.5 milyard məzənnəyə təsir edəcəkmi?
Azərbaycan Fiziki Şəxslərin Depozitlərinin Sığortalanması Fondu (ADIF) gələcəkdə hər bir əmanətin sığortalanma məbləğinin artırılması məsələsinə baxacaq. Bu fikirləri dünən jurnalistlərə açıqlamasında fondun icraçı direktoru Azad Cavadov bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının davamlı inkişafı, əhalinin ödəniş qabiliyyətinin yüksəlməsi ilə əlaqədar belə ehtimal mövcuddur ki, bu da ilk növbədə əhalinin banklardakı əmanətlərinə təsir edəcək: «Əgər dünya iqtisadi böhranı dövründə ADİF tərəfindən sığortalanma məbləği beş dəfə - 30 min manatadək artırılmışdısa, ötən dövr ərzində ölkə iqtisadiyyatında müsbət dəyişikliklər müşahidə olunub. Ona görə də istisna olunmur ki, qanunvericilik aktlarında gələcəkdə ediləcək dəyişikliklərlə əlaqədar bu məsələ müzakirələrin gündəliyinə salınacaq».
Fondun rəhbəri hesab edir ki, lakin ADİF-də sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin üst plankasında dəyişikliyə bu gün ehtiyac yoxdur. Bu il həmin dərəcə 10 faizdən doqquz faizədək aşağı salınıb.
Yeri gəlmişkən, fondun hazırladığı müvafiq təkliflər paketində fərdi sahibkarların depozitlərinin sığortalanmasının tətbiqi təklif olunur. Bu gün ADIF yalnız fiziki şəxslərin əmanətlərini sığortalayır.
Fond rəhbərinin sözlərinə görə, ADIF genişlənməkdə davam edir. Hazırda fondun sığorta ehtiyatları 84,3 milyon manatdır. Fondun üzvü olan banklar 6 073 126 əmanətçiyə xidmət göstərir, onların 91 faizi (5 504 255 nəfər) sığortalanmış əmanətçilərdir. Kompensasiya edilən əmanətlərinin həcmi 1,931 milyard manatdır ki, bunun da 55 faizini sığortalanmış əmanətlər təşkil edir.
Yeri gəlmişkən, dünən Bakıda Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin «Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi» mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı başlayıb. İki gün davam edəcək tədbirdə əsasən ABŞ, Asiya, Avropa və MDB ölkələrindən olmaqla depozitlərin sığortalanması fondları, mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsi iştirak edir.Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqqı sisteminə keçid ərəfəsində olan ölkələrə texniki dəstəyin göstərilməsi, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların zəif və güclü tərəflərinin, risklərinin müəyyən edilməsi metodları, habelə bankların reytinq sisteminə əsasən risk qruplarına bölünməsi metodologiyası barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir.
Seminarda çıxış edən Asiya-Sakit Okean Regional Komitəsinin sədri Hiroyuki Obata, ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının baş maliyyə iqtisadçısı Jozef Colantuoni və digərləri ölkələrində tətbiq olunan risk əsaslı sığorta haqqı sistemi barədə ətraflı məlumat verib.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə qeyd edib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mandatı genişlənməlidir. Əmanətlərin sığortalanması sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün hüquqi bazanın yaradılması üzərində iş getdiyini deyən R.Orucov hesab edir ki, bu və ya digər bankda risk səviyyəsindən asılı olaraq əmanətlərin sığortalanmasına görə ödənişin hesablanmasının optimal metodunun seçilməsi əsas məsələlərdəndir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov öz növbəsində bildirib ki, risk əsaslı sığorta haqqı sistemini tətbiq edən ölkələrdə banklar ən az itki ilə çıxır. O, bu sistemi banklara düzgün yanaşma adlandırır: «Yəni, hansı bank daha çox risk edirsə, o qədər də ödəniş etməlidir. Eyni zamanda, risk sisteminin tətbiqi fonda əvvəlcədən hansısa bankın riskə məruz qalacağını müəyyənləşdirməyə imkan verir və fond risk faktorunu azaltmaq üçün Mərkəzi Bankla birgə tədbirlər görür».
Azad Cavadov əlavə edib ki, seminarda sistemin tətbiqi ilə bağlı problemlər, qanunvericilik bazası və digər məsələlərlə bağlı mütəxəssislər arasında müzakirələr gedəcək. «Keçən ildən biz bu sistemlə bağlı araşdırmalar aparırıq. Bu gün də məqsədimiz dünyada bu sistemi tətbiq edən ölkələr bunu necə edir, qanunvericilik bazası necə yaradılır və bu gün tətbiq etdikdə hansı problemlər yaranır və o problemləri onlar necə həll edirlər-bu gün biz bunların üzərində çalışırıq. Əlbəttə ki, bununla bağlı qanunvericilik bazası olmalıdır. Biz qanunvericilik bazasına dəyişiklik üzərində işləyirik».
Onun sözlərinə görə, hazırda qanunvericiliyin hazırlanması ilə bağlı Mərkəzi Bankla müzakirələr gedir. «Daha sonra Fondun Müşahidə Şurasında müzakirələr olacaq. Aidiyyatı orqanlarla razılaşdırdıqdan sonra layihə Milli Məclisə göndəriləcək».
Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin oktyabr ayından etibarən İADİ-nin Avrasiya Regional Komitəsinə sədrlik edir.