Sarkisyanın «X» günü
Mənasız danışıqların, bəyanatların vaxtı çoxdan keçib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Ermənistan beynəlxalq ictimaiyyəti yardıma çağırır. Bu barədə Vaşinqtonda erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə nazirinin müavini David Tonoyan bildirib. O, həmişə olduğu kimi, ABŞ-a əl açıb dilənməyə gedib ki, «nə qədər mümkündür, kömək edin».
Onun iddiasına görə, dünya Azərbaycanı dayandırmalıdır, əks halda, regionda qanlı hadisələr baş verəcək. «Soçiyə gəldikdə isə, oradan maksimum Azərbaycanın razı olmayacağı yeni bəyanat gözləyə bilərik»,- deyə Tonoyan bildirib.
Erməni məmur bu məsələdə tamamilə haqlıdır. Mənasız danışıqların, bəyanatların, bəyannamələrin vaxtı çoxdan keçib. Azərbaycan bütün işğal edilmiş ərazilərinin azad olunmasını tələb edir. Əks halda, Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı, respublika prezidenti İlham Əliyevin dediyi kimi, onlar güclə azad ediləcək. Bunun üçün Bakının pulu və gücü yetərincədir.
Həm daxili, həm də xarici siyasətdə buraxdıqları səhvlərin, xətaların günahını Azərbaycanın boynuna yıxmaq istəyən Ermənistan rəhbərliyi üçün artıq X günü yaxınlaşır. İrəvanda baş tutmuş müharibə əleyhinə mitinq də bunu göstərir. Ermənistan paytaxtının sakinləri hər cür iqtisadi çətinliklərdən yorulublar, Qarabağda yaralanan və həlak olan erməni gənclərinin sayının artmasından narazıdırlar. «Əgər biz qonşularla sülh şəraitində yaşasaydıq, Azərbaycanın bütün nemət və sərvətlərindən yararlana bilərdik», - deyə çıxış edənlərdən biri bildirib. Aksiya iştirakçıları Ermənistandan öz silahlı qüvvələrini Qarabağdan çıxarmağı tələb ediblər.
Politoloqlar bir şeyə diqqət yetirirlər ki, Ermənistan prezidentinin Soçiyə səfərindən öncə respublikada Qarabağ münaqişəsinin həll yolları üçün yalnız Putinlə deyil, həm də İlham Əliyevlə sülh danışıqlarının vacibliyinə çağıran səslər eşidilməyə başladı. Ekspertlər qeyd edir ki, «Biz layiqli cavab verəcəyik», «Biz yeni Azərbaycan torpaqları tutacağıq», «Biz qələbə çalacağıq» kimi hərbi ritorika artıq sülh çağırışları ilə əvəzlənib. Bu onunla da bağlı ola bilər ki, Ermənistan hakimiyyəti öz ölkəsini Azərbaycan tərəfindən təcavüzkarcasına hədələnən sülhsevər, məsum ölkə kimi təqdim etmək istəyirlər. Amma bunu artıq Vaşinqtonda da, Moskvada da və dünyanın başqa paytaxtlarında da yaxşı anlayırlar. Ermənistan üçün limit artıq bitir və cəbhədə döyüşlərin başlayıb-başlamaması yalnız bu ölkənin rəhbərliyinin atacağı addımlardan asılıdır.
Bu gün Rusiyanın populyar «Komsomolskaya pravda» qəzeti yazır ki, V.Putin Soçidə opponentləri işi ən azı yeni böyük müharibəyə çıxartmamağa razı salmağa çalışacaq. Əliyevlə Sarkisyanın Soçiyə eyni gündə gəlməsi yaxşı əlamətdir. Hələ ki, görüşün üçtərəfli formatı nəzərdə tutulmayıb, amma hər şey dəyişə bilər.
Qəzet yazır ki, bu gün axşam Rusiya prezidenti döyüş sambosu üzrə beynəlxalq sambo turnirinə baş çəkəcək. Bu da Azərbaycan və Ermənistan başçılarının danışıqlar masası arxasında olmasa da, yanaşı oturmasına imkan yarada bilər.
Öz tərəfimdən bildirim ki, bu, Rusiyanın Azərbaycan və Ermənistanı barışdırmaq üzrə ilk cəhdi deyil. Amma hələ ki, bir şey alınmır.