vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
14:58 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 3339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sovetski»dən sonra daha bir söküntü

Yasamal rəhbərliyi «Qanlı göl»ün ətrafını uçurmağa başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Yasamal rayonundakı «Qanlı göl» ətrafında söküntü işləri aparılır. ANS TV-nin məlumatına görə, Yasamal rayonunda «Qanlı göl» ətrafında məskunlaşmış məcburi köçkünlər evlərinin sökülməsindən şikayətlənirlər. Ötən əsrin 90-cı illərin əvvəllərindən bu ərazidə Kəlbəcər, Laçın, Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıb. Həmin şəxslər əvvəllər yataqxanalarda yerləşdiriliblər, sonradan öz mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə bu əraziyə köçüblər.

Yəni məcburi köçkünləri heç kim qanuni şəkildə bura köçürməyib və bu illər ərzində onlara gözün üstə qaşın var deməyiblər. Amma təxminən bir həftədir ki, Yasamal Rayon İcra Hakimiyyəti onların köhnə tikililərinə etdikləri əlavə artırmaları söküb. Bu da tərəflər arasında gərginliylə səbəb olub.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov isə deyir ki, bu ərazi vaxtilə Elmlər Akademiyasının torpaqları olub və məcburi köçkünlər də əslində 1996-ci ildən bura köçməyə başlayıblar.

Həmin dövrdə də 160-a yaxın evin sökülməsi ilə bağlı qərar verilib. Sonradan baş nazirin müavini Əli Həsənov məsələni nəzarətə götürüb, məcburi köçkünlərlə söhbət aparıb. Onların orda yaşamasına bir şərtlə razılıq verilib ki, heç bir əlavə tikinti işləri aparılmayacaq. Amma bir ay əvvəl müəyyən edilib ki, orada yenə də əlavə artırmalar tikilir. Həmçinin müəyyən edilib ki, nəinki məcburi köçkünlər hətta müxtəlif rayonlardan olan şəxslər də gəlib, məcburi köçkünlərdən torpaq sahələri alaraq evlər tikiblər. Bundan sonra icra hakimiyyətində sonradan tikilmiş həmin evlərin sökülməsinə və bu işə göz yumanların cəzalandırılmasına qərar verilib.

İcra rəsmisi bildirib ki, məcburi köçkünlərin bu ərazidən köçürülməsi aktualdır. Onlar bunu bildikləri üçün əlavə artırmalarla gələcəkdə hökumətdən çox pul qazanmaq niyyətindədirlər: «Lakin buna heç bir halda yol verilməyəcək. Odur ki, məcburi köçkünlər hazırda yaşadıqları şəraiti dəyişdirməyə cəhd etməsinlər».