vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
18:02 | 27 avqust 2014 | Çərşənbə Məqaləyə 1211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanda siyasi parçalanma

Serj Sərkisyan: «Baş nazirə çox ümid bağlamayın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gənc jurnalistlərlə görüşü zamanı Ermənistan prezidenti Serj Sarkisyan yeni təyin edilmiş baş nazir Ovik Abramyanın ünvanına söz atıb.

ANS PRESS-in məlumatına görə, Sərkisyan Abramyanın sehrli çubuğunun olmadığını və ona bağlanan ümidlərin həddindən şişirdildiyini bildirib. Erməni mətbuatının yazdığına görə, Serj Sərkisyan həmçinin Ovik Abramyana dəstək təklif edən və onunla seperat danışıqlara getmiş qeyri-hökumət təşkilatlarının ünvanına da kəskin danışıb. Erməni şərhçilər bildirir ki, Serj Sərkisyan Ovik Abramyanı oyundan maksimum kənarda saxlamağa çalışır. 

Əslində, yerli ermənilərin nümayəndəsi olan baş nazir Ovik Abramyan bundan əvvəl parlamentin spikeri idi və nisbətən populyar olması onun parlamentin sabiq spikeri, mərhum Karen Demirçyanın bacara bilmədiyi işi həyata keçirəcəyinə ümidlər yaratmışdı. Ermənistan SSR-nin keçmiş rəhbəri, Azərbaycana dost münasibət bəsləyən Karen Dəmirçyan o vaxt hakimiyyəti Rusiyanın dəstəyi ilə ələ keçirmiş «Qarabağ klanı»nı yıxmaq ərəfəsində idi. Qarabağ erməniləri 1999-cu ildə Dəmirçyanı silah gücü ilə yıxdılar. Ovik Abramyanı qarşı isə daha məkrli qəsd düzəltdilər. Onu baş nazir təyin etməklə Serj Sərkisyanın buyruqlarını yerinə yetirən məmura çevirdilər.