vaxtlı-vaxtında oxuyun! Cümə, 22 oktyabr 2021
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Səndən uzaq düşsəm də
mən eşqin ilə yaşayıram, 
Yaralanmış qəlbim kimi
qəlbi viran Azərbaycan.»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
16:22 | 18 sentyabr 2014 | Cümə axşamı Məqaləyə 3551 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İŞİD İranın işinə yarayır»

Molla rejimi nüvə prqoarmını unutdurmaq üçün yaxşı fürsət tapıb

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İŞİD (İraq Şam İslam Dövlәti) terrorçu һәrbi birlәşmәsinin Suriya vә İraqda törәtdiyi vəhşiliklər müəyyən mənada İran İslam Respublikasını beynəlxalq ictimaiyyətin yadından çıxarıb.

Bunu təsdiq edən bir neçə fakta diqqət yetirmək yetərli olar. Bu il iyulun 22-də İranın atom-nüvə proqramı ilə bağlı məsələ həll edilməli idi. Ancaq Tehran bölgədə yaranmış vəziyyətdən yaralanaraq, anlaşmanın təxirə salınmasına nail olub. Vəziyyət o yerə çatıb ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlığa razılıq verib.

İran hakimiyyəti İraqın şimalındakı kürd yaraqlılarına bu məqsədlə silah belə verib. Ölkənin şimalındakı muxtariyyətin rəhbəri Məsud Bərzani Tehranın silah yardımı etdiyini bildirib.

İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zərif isə İraqın bu bölgəsinə səfəri zamanı ölkənin şimalındakı kürd yaraqlılarına güvəndiyini vurğulayıb.

M.Zərif İŞİD-in Orta Şərq üçün təhlükə mənbəyi olduğunu bildirib. İran hüquq mühafizə qüvvələrinin sərhəd komandanı Qasım Rzai isə bu günlərdə jurnalistlərə açıqlamasında bu terrorçu təşkilatın İran sərhədlərinə yaxınlaşması və ölkə üçün təhdid sayılıb-sayılmaması məsələsindən danışıb. O deyib ki, İŞİD və bu kimi radikal qüvvələr ölkə sərhədlərinə təhdid sayılmır: «İran sərhədləri tam təhlükəsiz vəziyyətdədir və İŞİD kimi radikal, azğın qüvvələr tərəfindən təhdid edilmir. İŞİD-çilərin İran sərhədlərinə nüfuz etməsi məsələsi şayiədir və bununla bağlı yayılan xəbərləri rədd edirəm. Ölkənin şərq sərhədləri də yaxşı durumdadır. Cənub sərhədlərimizdə də hər hansı xarici təhdid və ya təcavüz qorxusu mövcud deyil».

İranlı hərbçinin bəyanatından göründüyü kimi, İslam Respublikasının rəhbərliyi İŞİD-dən ehtiyat etmir. Belə olan şəraitdə İran hakimiyyəti nədən İraqın mərkəzi hakimiyyətinə, Bağdada deyil, ölkənin şimalındakı kürd yaraqlılarının silahlandırılmasına yardım edir? Deməli, Tehran hakimiyyəti özünü unutdurmaq və ABŞ-la əməkdaşlığı genişləndirmək üçün fürsəti fövtə vermək istəmir.

Bu arada, İsrail, ABŞ-ın İŞİD-ə qarşı mübarizədə İranla əməkdaşlığından rahatsızlığını gizlətməyib. Ötən həftənin sonunda yəhudi dövlətinin xarici işlər naziri Aviqdor Libermanın Amerikaya səfərində İranın atom-nüvə proqramının, İraq və Suriyadakı vəziyyətin müzakirə olunması göstərir ki, İsrail bu məsələnin unudulmamasına çalışır. Sentyabrın sonunda İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfərində bu məsələlərin yenidən müzakirə edilməsi gözlənilir.

İsrailin müdafiə naziri Moşe Yaalon isə İranın çeşidli terrorçu təşkilatları, o cümlədən «Hizbullah» və «HƏMAS»-ı dəstəklədiyini bildirib.

«The New York Times» İsrailin strateji planlaşdırma naziri Yuval Ştaynitsin dediklərindən örnək yayıb. O, deyib: «İŞİD son 5 ilin problemidi, İran isə 50 illik və daha ciddi problemdir».

İsrail rəhbərliyi İŞİD-ə qarşı mübarizədə ABŞ-ın İranla əməkdaşlığından ehtiyatlanır, İranın bölgədəki şəraitdən istifadə edib güclənəcəyini bildirməkdədir.

Təhlilçilər bildirib ki, sentyabrın 10-da ABŞ prezidenti Barak Obama da çıxışında İranın adını bir dəfə də olsun dilinə gətirməyib.

İŞİD-ə qarşı mübarizədə İranın köməyindən yaralanılsa, bu, «terrorçuluğun dəstəklənməsi» və «nüvə danışıqları»nda məsələlərində İslam Respublikasının mövqeyinin güclənməsinə səbəb ola bilər. Belə bir hal isə noyabrın 24-də nüvə problemi ilə bağlı danışıqların növbəti raundunun nəticəsiz başa çata biləcəyini ehtimal etməyə əsas verir.

Yaranmış bu durum isə birbaşa İran hakimiyyətinin əlinə oynayır.

Qeyd edək ki, ötən həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini İran nüvə obyektlərinə buraxmayıb.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer isə ötən həftə NPR-ə müsahibəsində bildirib ki, İŞİD-dən çox, İran dünya üçün təhlükə mənbəyidir. Onun sözlərinə görə, İran Beyrutdan Bağdadadək ərazidə «Fars imperiyasını qurmağa», Yaxın Şərqdə dominant mövqe ələdə etməyə cəhd göstərir.

Beləliklə, Qərbin İraq və Suriyadakı problemləri uzun müddətə həll edə bilməməsi, habelə bu ölkələrdə yaranmış vəziyyətdən çıxmaq üçün İrandakı hakimiyyətin köməyindən yararlanılması Vaşinqtondan çox Tehranın xeyrinədir. Çünki belə şəraitdə o, həm özünü, həm atom-nüvə proqramını, həm də terrorçuluğu dəstəkləməsi ilə bağlı ittihamları unutdurur, insan haqlarının pozulması və başqa məsələlərlə bağlı heç bir şərtə əməl etmədən Qərblə bir sırada durmağa imkan qazanır. (lent.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)