Nazirlikdən sinəsi çürüyən hərbçi ilə bağlı açıqlama
«Cəmi dörd ay xidmət edən əsgər İlkin Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
Bakı müharibə hazırlıqları içində
General-polkovnik nazirimizin səfərində iki hədəf
-
«Albert Aqarunov İsraillə Azərbaycanın dostluq rəmzlərindən biridir»
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
-
Azərbaycan müdafiə naziri İsrailə getdi
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
-
«Böyük perspektivlər var...»
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
-
«İsgəndər»in buynuzu yoxmuş...
İrəvanın ermənilər üzərində qurduğu duman dağılır
-
Müdafiə nazirinin müsahibəsi Ermənistana xəbərdarlıqdır
Ekspertlərin fikrincə, Zakir Həsənov sərrast şəkildə lazımi hədəflərə toxunub
-
«Hamı gücə «stavka» edir»
Zakir Həsənov: «Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yardıq»
-
«... Heç 3 gün davam gətirə bilməzlər»
Zakir Həsənov: «Ermənilər bilir ki, kənardan müdaxilə olmasa, ...»
«KİV-də özünü «baş leytenant« və «Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı« kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib.
10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində «Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları« diaqnozu ilə müalicə alıb«. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən deyilib ki, İlkin Quliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə «Kəskin appendisit«ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib: «O, 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək «Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları« diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında əsasnamə»nin 18«b» maddəsinin II qrafasına əsasən «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmiş və cəmi 8 ay xidmət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb. Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İ.Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb. 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə Mübariz İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək də mümkün deyil. Bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsinin zəruriliyini bir daha KİV-in diqqətinə çatdırırıq». (APA)