vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
18:27 | 1 aprel 2015 | Çərşənbə Məqaləyə 3153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlətin mövqeyi deyil»

XİN-dən Şeyxin açıqlamasına reaksiya

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilən fikirlər onun şəxsi mövqeyidir və Azərbaycan Respublikasının rəsmi mövqeyini əks etdirmir».

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Yəmən hadisələri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin söylədiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Azərbaycanda din dövlətdən ayrıdır. «Azərbaycan Respublikasının xarici siyasət məsələləri ilə əlaqədar rəsmi mövqeyi Azərbaycan Respublikasının Prezidenti və Xarici İşlər Nazirliyi tərəfindən ifadə olunur», - deyə Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, Yəməndəki hadisələrlə bağlı çıxışında A.Paşazadə ərəb dövlətlərinin Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədiyindən, amma Ərəb Ölkələri Liqasının Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdığından təəssüf hissi keçirdiyini deyib. «Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir», - deyə o vurğulayıb.